“Zamanın dühası” adlı "Açıq dərs” keçirilib
Ulu Öndər
Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini təbliğ etmək məqsədilə Qazax Rayon İcra Hakimiyyəti, Rayon
Heydər Əliyev Mərkəzi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Heydər
Əliyev məktəbi” adlı layihə uğurla həyata keçirilir. Noyabr-dekabr aylarını əhatə
edən layihə çərçivəsində yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil olunan
"Açıq dərs”lər məktəblilər tərəfindən də rəğbətlə qarşılanır. Bugünkü "Açıq dərs” isə Şəmistan
Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə
keçirilib. Məktəblilər əvvəlcə Mərkəzin Heydər Əliyevin həyatının və siyasi
fəaliyyətinin hər bir dövrünü özündə əks etdirən eksponatlarla zəngin olan ekspozisiya
zalı ilə tanış olublar. Məktəbin tarix
müəllimi Ruhiyyə Mustafayeva tərəfindən oxunan "Zamanın dühası” adlı mühazirədə qeyd olunub ki, Azərbaycanın
inkişaf tarixi belə bir fikri deməyə əsas verir ki, Heydər Əliyevin Azərbaycana
rəhbərlik etməsi dövlətimiz və xalqımız üçün böyük bir tarixi şansdır. Heydər
Əliyevin böyük əməyinin nəticəsidir ki, bu gün dövlətimiz dünyada tanınır və
nüfuza malik dövlətlər sırasındadır. Mühazirədən sonra məktəblilər arasında mövzuya uyğun sual-cavab
aparılıb və şagirdlərdən Asim Şahbazlı xüsusilə fərqlənib. Dərsdən
sonra mühazirədə əhatə olunmuş dövrün xronologiyasını özündə əks
etdirən film nümayiş etdirilib. Dərs muzeyin ekskursiyası ilə yekunlaşıb.
GOYEZEN.AZ
Facebook-da paylaş