• Təqvim

  • Maraq



“Heydər Əliyev Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətidir” başlıqlı növbəti "Açıq dərs”


Qazax Rayon İcra Hakimiyyəti, Rayon Heydər Əliyev Mərkəzi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev məktəbi” adlı noyabr-dekabr aylarını əhatə edən layihə çərçivəsində təşkil olunan "Açıq dərs”lər uğurla davam etdirilir. Heydər Əliyev Mərkəzində yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən "Açıq dərs”lərin əsas məqsədi xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətini təbliğ etmək, gələcək nəsillərə çatdırmaqdır.

Bu gün növbəti "Açıq dərs” İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib. Mərkəzin ekspozisiya zalında "Heydər Əliyev Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətidir” adlı mühazirəni Mərkəzin direktoru Ceyhunə Hüseynova aparıb. O, Ulu Öndərin ölkəmizin müasir tarixinə qızıl hərflərlə yazılmış əməli işləri haqqında ətraflı məlumat verib.

Sonra dahi şəxsiyyətin həyatının, siyasi fəaliyyətinin hər bir anını özündə əks etdirən stendlər ekspozisiya planına müvafiq olaraq izah edilib, həmin dövrlərin xronologiyasını əks etdirən film nümayiş olunub.





GOYEZEN.AZ



Facebook-da paylaş