“Azərbaycan Heydər Əliyevin şah əsəridir” adlı növbəti “Açıq dərs”
Qazax Rayon İcra Hakimiyyəti, Rayon
Heydər Əliyev Mərkəzi və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə
"Heydər Əliyev məktəbi” adlı noyabr-dekabr aylarını əhatə edən layihə çərçivəsində
təşkil olunan "Açıq dərs” bu gün də davam etdirilib. Heydər Əliyev Mərkəzində
yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən "Açıq dərs”lər bir məqsədə
xidmət edir ki, o da xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətini
təbliğ etmək, gələcək nəsillərə çatdırmaqdır. Bugünkü "Açıq dərs” isə Saqif Nəsirov adına
Ürkməzli kənd tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə
keçirilib. "Azərbaycan
Heydər Əliyevin şah əsəridir” adlı mühazirəni məktəbin tarix müəllimi Zakir Qurbanov oxuyub. Z.Qurbanov bildirib ki, həmişə memar olmaq arzusunda
olmuş Heydər Əliyev əslində arzusunu
həyata keçirdi. O, siyasi memar kimi Azərbaycan adlı şah əsərini yaratdı. Və bu
yolda öz canını, sağlamlığını belə qurban verdi. Bu gün hər bir azərbaycanlı
müstəqil, sabit ölkənin vətəndaşı
olduqları üçün Heydər Əliyevə nə qədər təşəkkür etsələr azdır. Mühazirədən sonra məktəblilər arasında
mövzuya uyğun sual-cavab aparılıb və onlar bu
sual-cavabda çox aktiv iştirak ediblər. Hətta, şagirdlərdən Leyla Əliyeva, Nəcəf Qurbanov, Vüsal Əliyev, Şəfa Rzazadə və Aysel Vələdova Heydər
Əliyevə həsr olunmuş şeirlər də söyləyiblər. Dərsdən sonra mühazirədə əhatə
olunmuş dövrün xronologiyasını özündə əks etdirən film nümayiş etdirilib. Dərs
muzeyin ekskursiyası ilə yekunlaşıb. GOYEZEN.AZ








Facebook-da paylaş















