“Heydər Əliyev müstəqilliyin banisi” başlıqlı növbəti “Açıq dərs” keçirilib
Qazax Rayon İcra Hakimiyyəti, Rayon
Heydər Əliyev Mərkəzi və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə
"Heydər Əliyev məktəbi” layihəsi çərçivəsində təşkil olunan "Açıq dərs”lər
uğurla davam etdirilir. Belə ki, noyabr-dekabr aylarında nəzərdə tutulan layihə
çərçivəsində yuxarı sinif şagirdlərinə tarix dərsləri
Heydər Əliyev Mərkəzində keçirilir. "Açıq dərs”lərin təşkil olunmasında isə əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin ibrətamiz
həyatını və heyrətamiz siyasi fəaliyyətini gənc nəsillərə olduğu kimi çatdırmaq,
Dahi şəxsiyyətin müstəqil Azərbaycanı qurub yaratmaq yolunda gördüyü böyük işləri
təbliğ etməkdir. Bugünkü
"Açıq dərs”də V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta
məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. "Heydər Əliyev müstəqilliyin
banisi” başlıqlı mühazirəni
məktəbin tarix müəllimi İdeya Nuriyeva oxuyub. Məktəblilərə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın
müstəqillik yollarında canını, sağlamlığını fəda etməsindən, yorulmaq bilmədən
fəaliyyət göstərməsindən bəhs edilib. Mühazirədən
sonra məktəblilər arasında mövzuya uyğun sual-cavab aparılıb. Şagirdlərdən Ülkər Musayeva və Şəbnəm Əkbərova xüsusilə fərqləniblər. Dərsdən
sonra mühazirədə əhatə olunmuş dövrün xronologiyasını özündə əks etdirən
film nümayiş etdirilib. Dərs muzeyin ekskursiyası ilə yekunlaşıb.
GOYEZEN.AZ
Facebook-da paylaş