Qazaxda "Heydər Əliyev məktəbi” layihəsi çərçivəsində növbəti açıq dərs keçirilib
Respublika Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı”nın və 26 yanvar 2015-ci il tarixli Sərəncamla təsdiq edilən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın icrası ilə əlaqədar Qazax Rayon İcra Hakimiyyəti, Rayon Heydər Əliyev Mərkəzi və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev məktəbi” layihəsi həyata keçirilir.
Ümummilli Lider Heydər Əliyev irsinin təbliği və müasir tariximizin daha da dərindən öyrədilməsi məqsədilə yuxarı sinif şagirdlərinə tarix dərslərinin keçirilməsi uğurla davam etdirilir.
Layihə çərçivəsində növbəti "Açıq dərs" 5 noyabr tarixində Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib. "Heydər Əliyev və azərbaycançılıq ideologiyası” başlıqlı mühazirəni məktəbin tarix müəllimi Aidə Əliyeva oxuyub. Məktəblilərə müasir müstəqil Azərbaycan dövlətinin ideya əsaslarının azərbaycançılıq ideologiyası təşkil etməsindən, ölkəmizin Ulu Öndərin ideyaları əsasında inkişaf etməsindən, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasının Heydər Əliyevin adı ilə bağlı olmasından danışılıb.
Mühazirədən sonra məktəblilər arasında mövzuya uyğun sual-cavab aparılıb. Məktəblilərdən Orxan Məmmədov, Rüfət Yusifov, Bəyaz Bədəlova xüsusilə fərqləniblər. Dərsdən sonra mühazirədə əhatə olunmuş dövrün xronologiyasını özündə əks etdirən film nümayiş olunub. "Açıq dərs" şagirdlərin muzeyi ekskursiyası ilə başa çatıb.
GOYEZEN.AZ
Facebook-da paylaş