• Təqvim

  • Maraq



Qazaxda “Heydər Əliyev məktəbi” layihəsinə start verilib


Respublika Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı”na və "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 26 yanvar 2015-ci il tarxli Sərəncamına müvafiq olaraq Qazax Rayon İcra Hakimiyyəti, Rayon Heydər Əliyev Mərkəzi və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev məktəbi” layihəsinə start verilib.

Layihə çərçivəsində Ulu Öndər Heydər Əliyev irsinin təbliği və müasir tariximizin daha da dərindən öyrədilməsi məqsədilə yuxarı sinif şagirdlərinə noyabr-dekabr ayı ərzində hər gün tarix dərslərinin keçirilməsinə başlanılıb.

İlk dərs 4 noyabr 2019-cu il tarixdə Qazax şəhər Mehdi Hüseyn adına məktəb-liseyin yuxarı sinif şagirdlərinin iştirakı ilə baş tutub. "Müasir Azərbaycan tarixində Heydər Əliyev fenomeni”  başlıqlı mühazirəni məktəbin tarix müəllimi Arzu Abbasova oxuyub və Azərbaycanın son 50 illik tarixində dünya miqyasında tanınmasında, dünya dövlətləri ilə bir sırada sürətlə inkişafa doğru addımlamasında Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.

Mühazirədən sonra məktəblilər arasında mövzuya uyğun sual-cavab aparılıb. Məktəblilərdən Arzu Bağırova, Aysu Həsənova, Sevinc Namazova xüsusilə fərqləniblər. Dərs mühazirədə əhatə olunmuş dövrün xronologiyasını özündə əks etdirən film nümayişi və muzeyin ekskursiyası ilə başa çatıb.







GOYEZEN.AZ



Facebook-da paylaş