Əsas Səhifə > Mədəniyyət > “Heydər Əliyev müstəqilliyin banisi” başlıqlı növbəti “Açıq dərs” keçirilib
“Heydər Əliyev müstəqilliyin banisi” başlıqlı növbəti “Açıq dərs” keçirilib13-11-2019, 20:20 |
Qazax Rayon İcra Hakimiyyəti, Rayon Heydər Əliyev Mərkəzi və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev məktəbi” layihəsi çərçivəsində təşkil olunan "Açıq dərs”lər uğurla davam etdirilir. Belə ki, noyabr-dekabr aylarında nəzərdə tutulan layihə çərçivəsində yuxarı sinif şagirdlərinə tarix dərsləri Heydər Əliyev Mərkəzində keçirilir. "Açıq dərs”lərin təşkil olunmasında isə əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin ibrətamiz həyatını və heyrətamiz siyasi fəaliyyətini gənc nəsillərə olduğu kimi çatdırmaq, Dahi şəxsiyyətin müstəqil Azərbaycanı qurub yaratmaq yolunda gördüyü böyük işləri təbliğ etməkdir. Bugünkü "Açıq dərs”də V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. "Heydər Əliyev müstəqilliyin banisi” başlıqlı mühazirəni məktəbin tarix müəllimi İdeya Nuriyeva oxuyub. Məktəblilərə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik yollarında canını, sağlamlığını fəda etməsindən, yorulmaq bilmədən fəaliyyət göstərməsindən bəhs edilib. Mühazirədən sonra məktəblilər arasında mövzuya uyğun sual-cavab aparılıb. Şagirdlərdən Ülkər Musayeva və Şəbnəm Əkbərova xüsusilə fərqləniblər. Dərsdən sonra mühazirədə əhatə olunmuş dövrün xronologiyasını özündə əks etdirən film nümayiş etdirilib. Dərs muzeyin ekskursiyası ilə yekunlaşıb.
GOYEZEN.AZ Geri qayıt |