“Müasir, müstəqil Azərbaycanın quruculuğunda dövlət atributları” başlıqlı növbəti “Açıq dərs” keçirilib
Respublika Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı”nın və 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın icrası ilə əlaqədar Qazaxda görülən məqsədyönlü işlər uğurla davam etdirilir. Qazax Rayon İcra Hakimiyyəti, Rayon Heydər Əliyev Mərkəzi və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev məktəbi” layihəsi çərçivəsində təşkil olunan "Açıq dərs”lər də bu istiqamətdə həyata keçirilən işlərin tərkib hissəsidir.
Ümummilli Lider Heydər Əliyev irsinin təbliği və müasir tariximizin daha da dərindən öyrədilməsi məqsədilə yuxarı sinif şagirdlərinə tarix dərslərinin Heydər Əliyev Mərkəzində keçirilməsi məktəblilər tərəfindən də maraqla qarşılanır.
Noyabr-dekabr aylarını əhatə edən layihə çərçivəsində növbəti "Açıq dərs” 7 noyabr tarixində F.Şamoyev adına Qazax şəhər 4 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib. "Müasir, müstəqil Azərbaycanın quruculuğunda dövlət atributları” başlıqlı mühazirəni məktəbin tarix müəllimi Leyla Allahverdiyeva oxuyub. Məktəblilərə müstəqil dövlətimizi dünyada qüdrətlə tərənnüm edən dövlət atributlarının qəbul edilməsində Ulu Öndər Heydər Əliyevin gördüyü işlərdən danışıb.
Mühazirədən sonra məktəblilər arasında mövzuya uyğun sual-cavab aparılıb. Məktəblilərdən Nigar Hüseynova, Rza Rzayev, Həsən Fərzalıyev, Anar Ocaqverdiyev, Lalə Rüstəmova xüsusilə fərqləniblər. Dərs Bayraq Gününə həsr olunmuş filmin nümayişi və muzeyin ekskursiyası ilə başa çatıb.
GOYEZEN.AZ
Facebook-da paylaş