• Təqvim

  • Unutma

  • Maraq



“Ən böyük Azərbaycanlı” adlı "Açıq dərs” keçirilib


Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətini təbliğ etmək məqsədilə Qazax Rayon İcra Hakimiyyəti, Rayon Heydər Əliyev Mərkəzi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev məktəbi” adlı layihə uğurla davam etdirilir. Noyabr-dekabr aylarını əhatə edən layihə çərçivəsində yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil olunan "Açıq dərs”lər məktəblilər tərəfindən də maraqla qarşılanır.

Bu gün növbəti "Açıq dərs” Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib. Dərs Mərkəzin Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin hər bir dövrünü özündə əks etdirən eksponatlarla zəngin olan ekspozisiya zalında aparılıb. "Ən böyük Azərbaycanlı” adlı mühazirəni Mərkəzin direktoru Ceyhunə Hüseynova oxuyub. Mühazirədə Azərbaycanın böyük oğlu, xilaskar Heydər Əliyevin ölkəmizin müstəqilliyinə qovuşmasında və bu müstəqilliyin qorunub saxlanılması yolunda məhrumiyyətlərə sinə gərib öz sağlamlığı və həyatını təhlükəyə atmasından danışılıb. Ulu Öndərin müasir Azərbaycanın qurucusu və memarı kimi bu gün də dərin hörmət və ehtiramla anıldığı bildirilib. Qeyd edilib ki, əgər bu gün dünya ölkələri tərəfindən tanınan və onların hər biri ilə iqtisadi-siyasi, mədəni, sosial əlaqələr quran müstəqil Azərbaycan varsa, buna görə Heydər Əliyevə borcluyuq, Ona minnətdar olmalıyıq.

Sonra həmin dövrlərin xronologiyasını əks etdirən film nümayiş olunub. Dərs muzeyin ekskursiyası ilə yekunlaşıb.


 

GOYEZEN.AZ



Facebook-da paylaş