Əsas Səhifə > Mədəniyyət > "Böyük amal və əməl sahibi" adlı açıq dərs keçirilib
"Böyük amal və əməl sahibi" adlı açıq dərs keçirilib11-12-2019, 14:07 |
Bu gün Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları tərəfindən Səlim Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Böyük amal və əməl sahibi" adlı "Açıq dərs” keçirilib. Məktəb direktoru Bəsdi Ələkbərovanın, dərs hissə müdiri Afət Yunisovanın, ədəbiyyat müəllimi Raifə Xasayevanın və VIII A sinif şagirdlərinin iştirakı ilə təşkil olunan "Açıq dərs”də Ulu Öndərin həyaf və fəaliyyətinə, Azərbaycan xalqı və dövləti naminə gördüyü misilsiz işlərə bir daha nəzər salınıb. Muzeyin direktoru Gülnaz Alişanova çıxış edərək bildirib ki, dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu Öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
G.Alişanova dahi insanın Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını bildirib. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamının olmadığını diqqətə çatdırıb. Dahi şəxsiyyətin xalqımızın milli iftixarı, ürəklərdə özünə yer tapan milli lideri, güvənc yeri, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı olmasını hər bir vətəndaşın qürurla söylədiyini vurğulayıb. Sonra Dahi şəxsiyyətin həyat və fəaliyyətinin hər bir anını özündə əks etdirən filmə baxılıb.
GOYEZEN.AZ Geri qayıt |