Qazax Tarix-Diyarşünaslıq Muzeyində açıq dərs keçirilib
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi, əməkdar müəllim Mustafa Mirzəyev muzeydə açıq dərs keçib. XI sinif şagirdlərinin iştirakı ilə keçirilən dərsin əsas məqsədi gənc nəslə tarixinin ən çox araşdırılan dövrlərindən biri - Xalq Cümhuriyyəti ilə bağlı olmasını çatdırmaq, onları bu sahədə maarifləndirmək, tariximizi daha yaxından öyrətmək, bu yolda Qazaxdan olan görkəmli şəxsiyyətlərin də əməyinin olması barədə məlumat verməkdən ibarət idi.
Dərsin əvvəlində şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinə aid foto–stendlə tanış olub, filmə baxıblar.
Sonra Mustafa Mirzəyev dərsi giriş sözü ilə açaraq Prezident İlham Əliyevin sərəncamına əsasən 2018–ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili“ elan olunmasını milli–mənəvi dəyərlərimizə, tariximizə, keçmişimizə və bu günümüzə verilən yüksək qiymət olduğunu vurğulayıb. Qeyd edib ki, 1918–ci il may ayının 28–də Azərbaycan müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi. O cümlədən, Dövlət Bayrağı və Gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində böyük tarixə imza atdı. Əgər o vaxt cümhuriyyət yaradılmasaydı, bu gün vəziyyət başqa cür ola bilərdi. AXC sovet–bolşevik imperiyası tərəfindən işğal olundu. İşğal 70 il sürsə də bu, xalqımızın qəlbində müstəqillik ruhunun yaşanmasına mane ola bilməmişdi. Bunun nəticəsi olaraq ötən əsrin sonunda dövlət müstəqilliyimiz bərpa olundu. Bu gün Azərbaycan güclü, dünyada söz sahibi olan dövlətdir. Bütün bunların bünövrəsi isə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qurulub.
Natiq öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Qazaxın görkəmli şəxsiyyətləri Əliağa Şıxlinskinin, İbrahim Ağa Vəkilovun, Firudin bəy Köçərlinin, Məmmədrza Vəkilovun, İbrahim Ağa Usubovun, Səyad Zeynalovun, Cavad bəy Şıxlinskinin rolundan söhbət açıb.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Afət Yunusova, muzeyin direktoru Gülnaz Alişanova çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı verdiyi sərəncamın cümhuriyyət uğrunda şəhid olanların, o cümlədən, müasir, müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhuna böyük ehtiram olduğunu qeyd ediblər.
Dərsin sonunda M.Mirzəyev şagirdləri maraqlandıran suallara geniş və ətraflı cavab verib.

GOYEZEN.AZ
Facebook-da paylaş