Qazax şəhər qəbiristanlığında iməcilik keçirilib
Qazaxda şəhər və kənd qəbiristanlıqlarında iməciliklərin keçirilməsi artıq bir ənənəyə çevrilib. Rayonda istər bayram ərəfələrində, istərsə də adi günlərdə mütəmadi olaraq bütün qəbiristanlıqlarda iməcilik keçirilir. Artıq bir neçə gündür ki, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər qəbiristanlığında iməcilik keçirilib. Ənənə halını alan ümumrayon iməciliyində 100-ə yaxın adam iştirak edib. İməcilik zamanı qəbiristanlığın içərisində və ətrafında təmizlik işləri aparılıb, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan digər işlər görülüb. İməcilikdə elliklə iştirak edənlər bu cür savab işləri razılıqla qarşıladıqlarını söyləyərək təşəbbüskarlara minnətdarlıqlarını bildirirlər.
Facebook-da paylaş