• Təqvim

  • Unutma

  • Maraq

Kənd qəbiristanlıqlarında iməciliklər keçirilib

Qazax rayon qəbiristanlıqlarında iməciliklərin keçirilməsi artıq bir ənənə halını alıb. Rayon sakinləri istər bayram ərəfələrində, istərsə də adi günlərdə iməcilik keçirirlər. İməcilik zamanı qəbiristanlıqların içərisində və ətrafında təmizlik, abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Ərazi iri otlardan, kol-kosdan təmizlənir, ehtiyac olan yerlərdə isə qəbiristanlıqların ətrafına yeni dəmir torlar çəkilir.

Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iməcilik keçirilən kəndlərdən birində - Cəfərli kənd qəbiristanlığında olub. Burada görülən təmizlik işləri ilə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, sahəsi təxminən 5 hektar olan kənd qəbiristanlığının ərazisi kol-kosdan, iri alaq otlardan və müxtəlif məişət tullantılarından təmizlənib. Bundan əlavə, qəbiristanlığın ətrafına 450 metr uzunluğunda dəmir tor çəkilib.

Sonra rayon rəhbərliyi bu günlərdə əsaslı təmir edilərək istifadəyə verilən Cəfərli kənd uşaq bağçasında olub. Kollektivlə görüşərək uşaqlar üçün lazım olan ərzaq təminatı və bir sıra məsələlərlə maraqlanıb, kollektivə öz tapşırıq və tövsiyələrini verib.

Sonra İcra Başçısı şəhər qəbiristanlığına baş çəkərək aparılan təmizlik işləri ilə yaxından tanış olub.

GOYEZEN.AZ

Facebook-da paylaş