• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda ümumrayon iməciliyi keçirilib

Qazaxda ümumrayon iməciliyi keçirilib
Son aylar Qazax rayonunda tikinti-abadlıq işlərinə, yolların, səkilərin, park və xiyabanların, qəbiristanlıqların abad və təmiz saxlanılmasına xüsusi diqqət və qayğı göstərilir.

Bu məqsədlə rayonun şəhər və kəndlərində vaxtaşırı ümumrayon iməcilikləri keçirilir. Ənənə şəklini alan iməciliklər dekabr ayında da təşkil olunub.

Bunun üçün rayonda əvvəlcədən hazırlıq işləri aparılıb, rəhbərlik tərəfindən lazım olan bütün köməkliklər göstərilib.

İməcilik zamanı qəbiristanlıqların abadlaşdırılması, təmizlənməsi işlərinə daha çox diqqət yetirilib.
Həmin ərazilər kol-kosdan, köhnə ağac və tullantılardan təmizlənib. Qəbiristanlıqlara gedən yollar təmir olunaraq abadlaşdırılıb.

Bundan əlavə, kənddaxili yollarda, ətraf ərazilərdə, məktəblərin, mədəniyyət və səhiyyə müəssisələrinin, uşaq bağçalarının həyətində təmizlik işləri aparılıb, məişət tullantıları götürülərək səliqə-səhman yaradılıb.

Rayonun Kəmərli, Qaymaqlı, Birinci Şıxlı, Aşağı Salahlı, Cəfərli, Xanlıqlar, Yuxarı Salahlı, Ağköynək, Hüseynbəyli və Kosalar kənd sakinləri iməciliklərdə daha fəal iştirak etmişdir.

GOYEZEN.AZ


Facebook-da paylaş