• Təqvim

  • Maraq



Qazaxda icra başçısı bu dəfə şəhərin Mirzə Ələkbər Sabir küçəsində yaşayan sakinlərin müraciətini dinləyib


Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayanması hər bir dövlət məmuruna örnəkdir. Ən önəmlisi də bu, ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələrdə əksini tapır ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həll olunmasına xidmət edir. 

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. 

Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.


Oktyabrın 9-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun şəhərin Mirzə Ələkbər Sabir küçəsində yaşayan bir qrup sakinin müraciətinə əsasən yerində baxış keçirməsi rayonda vətəndaş amilinin əsas götürülməsinin əyani sübutudur. 

Vətəndaşların yaşadıqları küçənin asfaltlanması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən məsələyə həssaslıqla yanaşılacağını söyləyib. İcra başçısı şəhərdə bir neçə küçənin asfaltlanmasının nəzərdə tutulduğunu, həmin küçələrdən birinin də məhz M.Ə.Sabir küçəsi olduğunu diqqətə çatdırıb. Sakinlərlə səmimi söhbət edən rayon rəhbəri onları narahat edən digər məsələləri dinləyib, həlli istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.



Facebook-da paylaş