ADA Universitetinin Qazax Mərkəzində "Bir müəllimin manifesti" təhsil və liderlik proqramı çərçivəsində tədbir keçirilib
Oktyabrın 4-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ADA Universitetinin Qazax Mərkəzində "Bir müəllimin manifesti" təhsil və liderlik proqramı çərçivəsində "Dədə Qorqud və Azərbaycan obrazı" mövzusunda çıxış edib. Öncə ADU rəhbərliyi və kollektivi ADA Universiteti Qazax Mərkəzinin muzeyini ziyarət edib, müəllim və tələbələr üçün yaradılan şəraitlə tanış olublar. Tədbirdə ADA Universitetinin Qazax Mərkəzinin müəllim-tələbə heyəti, Bakı Dövlət Universitetinin Qazax filialının rəhbərliyi, Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər. "Bir müəllimin manifesti" təhsil və liderlik proqramı haqqında məlumat verilib. Qeyd edilib ki, hər il proqram çərçivəsində müraciətlər qəbul olunur və layihə böyük maraqla qarşılanır. “Hələ XVI əsrdə Azərbaycan şairi Məhəmməd Füzulinin yaradıcılığına nəzər salsaq, burada multikultural ab-havanı, tolerantlığı görə bilərik. Kitabi Dədə-Qorqud dastanı da milli irsimizin qorunub saxlanmasında və təbliğində mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan gəncliyi milli irsimizi, ədəbiyyatımızı dərindən öyrənməlidir”. ADU-nun rektoru çıxışında universitetin Qazax rayonuna səfərinin önəmindən də söz açıb. Qeyd edilib ki, ADU Azərbaycan təhsil sahəsində ilk dəfə olaraq məzunlarının fəaliyyəti ilə maraqlanaraq, regional konfranslar təşkil etməklə tarixi uğura imza atıb. Tədbirin sonunda ADA Universitetinin Qazax Mərkəzinə xatirə hədiyyələri və kitablar təqdim olunub. ADU-nun rektoru, akademik Kamal Abdulla "Bir müəllimin manifesti" təhsil və liderlik proqramının başlanmasını bildirən zəngi vurub, iştirakçılara uğurlar arzu edib. https://adu.edu.az/az/xeberler/xeberler/11110.html
ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq, dəvətə görə ADA Universitetinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.
Görkəmli alim, ədəbiyyatşünas, yazıçı Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verdiyi töhfələr, milli irsimizə bağlılığı diqqətə çatdırılıb. Rektor bildirib ki, Azərbaycan xalqının multikultural ənənələri və mifoloji dünyagörüşü onun ədəbiyyatında və mədəniyyətində öz əksini tapmışdır:
Tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirən Kamal Abdulla qarşıdan gələn Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda ADU tələbələrinin ifasında bədii hissə təqdim olunub.
Facebook-da paylaş