Əsas Səhifə > Təhsil > ADA Universitetinin Qazax Mərkəzində "Bir müəllimin manifesti" təhsil və liderlik proqramı çərçivəsində tədbir keçirilib
ADA Universitetinin Qazax Mərkəzində "Bir müəllimin manifesti" təhsil və liderlik proqramı çərçivəsində tədbir keçirilib4-10-2025, 20:51 |
Oktyabrın 4-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ADA Universitetinin Qazax Mərkəzində "Bir müəllimin manifesti" təhsil və liderlik proqramı çərçivəsində "Dədə Qorqud və Azərbaycan obrazı" mövzusunda çıxış edib. Öncə ADU rəhbərliyi və kollektivi ADA Universiteti Qazax Mərkəzinin muzeyini ziyarət edib, müəllim və tələbələr üçün yaradılan şəraitlə tanış olublar. Tədbirdə ADA Universitetinin Qazax Mərkəzinin müəllim-tələbə heyəti, Bakı Dövlət Universitetinin Qazax filialının rəhbərliyi, Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər. "Bir müəllimin manifesti" təhsil və liderlik proqramı haqqında məlumat verilib. Qeyd edilib ki, hər il proqram çərçivəsində müraciətlər qəbul olunur və layihə böyük maraqla qarşılanır.
“Hələ XVI əsrdə Azərbaycan şairi Məhəmməd Füzulinin yaradıcılığına nəzər salsaq, burada multikultural ab-havanı, tolerantlığı görə bilərik. Kitabi Dədə-Qorqud dastanı da milli irsimizin qorunub saxlanmasında və təbliğində mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan gəncliyi milli irsimizi, ədəbiyyatımızı dərindən öyrənməlidir”. ADU-nun rektoru çıxışında universitetin Qazax rayonuna səfərinin önəmindən də söz açıb. Qeyd edilib ki, ADU Azərbaycan təhsil sahəsində ilk dəfə olaraq məzunlarının fəaliyyəti ilə maraqlanaraq, regional konfranslar təşkil etməklə tarixi uğura imza atıb. Tədbirin sonunda ADA Universitetinin Qazax Mərkəzinə xatirə hədiyyələri və kitablar təqdim olunub. ADU-nun rektoru, akademik Kamal Abdulla "Bir müəllimin manifesti" təhsil və liderlik proqramının başlanmasını bildirən zəngi vurub, iştirakçılara uğurlar arzu edib. https://adu.edu.az/az/xeberler/xeberler/11110.html
Geri qayıt |