ADU THİK-in təşkilatçılığı ilə intellektual yarış keçirilib
Qazax rayonunda yerləşən məktəb-lisey kompleksində Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADU THİK) nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə intellektual yarış keçirilib. Tədbir çərçivəsində iştirakçılara Azərbaycan Dillər Universiteti, ADU THİK və təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verilib, tələbə həyatı və imkanlarla bağlı maraqlı təqdimat keçirilib. Yarışda Qazax rayonunun müxtəlif məktəblərindən olan şagirdlərdən ibarət 6 komanda mübarizə aparıb. Gərgin rəqabət şəraitində baş tutan oyunun nəticələri belə olub: Blitzkrieg – 20 xal (I yer), Diablas – 18 xal (II yer), Lyceum – 16 xal (III yer). Qalib komandalar medal və hədiyyələrlə təltif olunublar. Mükafatlandırma mərasimində ADU THİK sədri Zəhra Hüseynova, Tədris məsələləri üzrə prorektor Şahməmmədova, həmçinin HİK sədri Misgər Məmmədov iştirak edərək qalibləri təbrik edib və şagirdlərə uğurlar arzulayıblar. Tədbir həm şagirdlər arasında intellektual inkişafın təşviqi, həm də Azərbaycan Dillər Universiteti barədə maarifləndirmə baxımından mühüm əhəmiyyət kəsb edib. https://adu.edu.az/az/xeberler/xeberler/11108.html
Facebook-da paylaş