IV İslam Həmrəyliyi Oyunlarının qazaxlı qalibləri ilə görüş keçirilib
May ayının 12-dən 22-dək Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan birinci yeri tutaraq bu beynəlxalq yarışın qalibi oldu. Azərbaycan idmançıları bu oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazandı.
Əldə edilən qələbədə qazaxlı idmançıların da payı var. Oyunlarda rayonumuzu təmsil edən müxtəlif növlər üzrə yarışlarda həmyerlilərimiz uğurla çıxış edərək mükafata layiq yerlər tutublar.
Bu gün IV İslam Həmrəyliyi Oyunlarının qazaxlı qalibləri ilə görüş keçirilib. Məhəmmədəli Qazaxlı adına güləş zalının qarşısında keçirilən görüşdə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Kamran Nəbizadə, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, “Avey” idman klubunun prezidenti Arzuman Abdulkərimov, rayon ictimaiyyətinin nümayəndələri, idmançılar və idmansevərlər iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş ölkə idmançılarını, onların məşqçilərini və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələrini bu qələbə münasibətilə bir daha səmimi qəlbdən təbrik edib. Qeyd edib ki, bu qələbənin çox möhkəm təməli var. Bu nailiyyətlər Azərbaycan dövlətinin inkişaf etdiyini göstərir. Qazanılan qələbədə qazaxlı idmançıların da əməyi var. Sərbəst güləşdə Mahir Əmiraslanovun qalib olması, Tural Əliyevin zorxana yarışlarında gümüş medal qazanması, ağır atletikada idmançımız Elnarə Abbasovanın üçüncü, Gülçin Əlizadənin isə dördüncü yer tutması bizi hədsiz dərəcədə sevindirdi. Bu, bütün qazaxlı idmançıların uğurudur.
Milli Məclisin Deputatı Kamran Nəbizadə çıxış edərək Azərbaycanın həm də bu gün idman ölkəsi kimi tanındığını qeyd edib. Bildirib ki, ölkə başçısı İlham Əliyevin, birinci vitse-prezident, Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bu sahədə əməyi olduqca böyükdür. Mən də IV İslam Həmrəyliyi Oyunlarında fərqlənən qazaxlı idmançıları təbrik edir, onlara ən xoş arzularımı çatdırıram
Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov görüşdə çıxışı zamanı bildirib ki, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda aparılan düşünülmüş siyasətin, o cümlədən idman sahəsindəki siyasətin bəhrəsini verdiyini bir daha nümayiş etdirdi. Biz qazanılmış nailiyyətlərlə kifayətlənməməli, dünya arenalarında daha böyük qələbələr əldə etməliyik.
Qalib idmançılar adından çıxış edən Tural Əliyev idmana və idmançılara göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova bütün idmansevərlər adından öz dərin minnətdarlığını bildirib.
Respublikanın əməkdar məşqçisi Ramiz Tağıyev, Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü Kamal Əhmədov, məşqçi-müəllim Rayət Abdalov, publisist Səbinə Yusif və başqaları çıxış edərək qalib idmançılarla fəxr etdiklərini söyləyiblər.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov qalib idmançılara Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edib.

Elçin İSMAYIL
Facebook-da paylaş