Qazaxlı güləşçilər birinci olub
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov idmançıları qəbul edib
Aprel ayının 4-6 tarixində İsmayıllı rayonunda 2002-2004-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Yeniyetmələrin XI Respublika Oyunlarının zona mərhələsi keçirilib.
Zona mərhələsində Qazax rayonunun yığma komandası birinci yeri tutub. 159 güləşçi arasında komandanın 14 nəfər idmançısı yarışların final mərhələsinə vəsiqə qazanıb. Fərqlənən güləşçilərdən 9 nəfəri I yeri, 2-si II yeri, 3-ü isə III yeri tutub.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov yarışlarda fərqlənmiş idmançıları qəbul edib.
Güləşçilərlə keçirilən görüşdə çıxış edən Rəcəb Babaşov qazandıqları qələbə münasibətilə bütün güləşçiləri təbrik edərək onlara daha böyük qələbələr qazanmağı arzulayıb. Qeyd edib ki, bu gün respublikamızda idmana, idmançılara çox böyük diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının nəticəsidir ki, ölkəmizi təmsil edən idmançılar dünya və olimpiya miqyaslı yarışlarda qələbələr qazanır, üçrəngli Azərbaycan bayrağını yüksəklərə qaldırırlar. Təsadüfi deyil ki, Azərbaycan artıq bütün dünyada həm də idman ölkəsi kimi tanınır.
Bildirib ki, rayonumuzda da idmana və idmançılara çox böyük diqqət və qayğı göstərilir. Bu da idmançıları daha da həvəsləndirir və son nəticədə uğurlu nəticələr əldə edilir. Elə bu gün qazanılan bu böyük qələbə də rayonumuzda idmançılara göstərilən diqqət və qayğının ən bariz nümunəsidir.
Sonra final mərhələsinə vəsiqə qazanmış güləşçilərə qiymətli hədiyyələr verilib.
Güləşçilərdən Ruslan Əliyev, Əli Əlizadə, İlham Süleymanov, Kərəm Kərimli, Rəhman Abbasov, Orxan Süleymanov, Səbuhi Əmiraslanov, İsəxan Yusibov, Orxan Mustafayev, Elməddin Yusibov, Sənan Xəlilov, Zaur Məmmədəliyev, Xəqan Osmanov, Vüsal Əliyev və Avropa çempionatında III yeri tutmuş Kənan Əliyev təltif olunublar.
Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov görüşdə çıxış edərək güləşçiləri qazandıqları qələbə münasibətilə təbrik edib. Belə bir yüksək səviyyədə görüş keçirtdiyinə, idmançılara göstərdiyi diqqət və qayğıya görə Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığını bildirib.
Sonra məşqçi-müəllimlərdən Hamlet İlyasov, Şücayət Nağdalıyev, Ramiz Tağıyev, Cəlal Allahverdiyev, Fazil İsmayılov, Natiq Hüseynov, Müşfiq Eyyubov söz alaraq keçirilən görüşə və onlara göstərdiyi qayğıya və diqqətə görə Rəcəb Babaşova bütün idmançılar adından minnətdarlıqlarını bildiriblər.
Onu da qeyd edək ki, zona yarışları sərbəst güləş üzrə 2002-2004-cü il təvəllüdlü Yeniyetmələrin Avropa birinciliyində iştirak edəcək Azərbaycan yığma komandasının tərkibini müəyyən etmək məqsədilə keçirilmişdir.
Birincilik Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcəkdir.

Elçin İSMAYIL
Facebook-da paylaş