• Təqvim

  • Maraq



Qazaxda boks yarışına yekun vurulub

Qazaxda boks yarışına yekun vurulub
Respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçirilib.
Qazaxda boks yarışına yekun vurulub
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Təhsil İdman Mərkəzi ilə birgə təşkil etdiyi yarışda Qazax boksçuları ilə yanaşı, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Gədəbəy, Göygöl, Samux, Bərdə, Tərtər, Yevlax, Mingəçevir, Naftalan, Ağdam, Xocalı və Daşkəsən rayonlarının idmançıları da öz güclərini sınayıb.
Qazaxda boks yarışına yekun vurulub
30 mart - 1 aprel tarixlərində keçirilən yarışda 18 şəhər və rayondan 21 komanda iştirak edib. Ümumilikdə 250-ə yaxın idmançı yarışıb.

Qazax komandasından Əli Abışov (32 kq) və Xəlil Nəzərli (42 kq) I yeri tutublar. İdmançılardan Namiq Əhmədov (34 kq), Rəvan Məmmədov (38 kq), Səid Qafarzadə (46 kq), Nihad Həsənov (48 kq), Xəlil Abdullayev (56 kq) və Pərvin Qınnayev (59 kq) II yeri qazanıblar.
Qazaxda boks yarışına yekun vurulub
Ümumiyyətlə, komanda hesabında I yerə Gəncə, II yerə Şəmkir, III yerə Qazax komandası layiq görülüblər. Qaliblər diplom və medallarla təltif olunublar.
Qazaxda boks yarışına yekun vurulub
Beləliklə, Qazax Olimpiya İdman Kompleksində boks idman növü üzrə keçirilən yarışa yekun vurulub.
Qazaxda boks yarışına yekun vurulub
Onu da qeyd edək ki, Təhsil Nazirinin müvafiq əmrinə əsasən keçirilən yarışların təşkil edilməsinin məqsədi IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.

Qazaxda boks yarışına yekun vurulub
GOYEZEN.AZ


Facebook-da paylaş