• Təqvim

  • Maraq



İcra başçısı şəhid ailəsini fərdi qəbul edərək müraciətini dinləyib


Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması bütün sahələrdə görünür ki, bu, hər bir dövlət məmuruna nümunə olmalıdır. Həmçinin, bu, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda da hər zaman hiss edilir.

Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır.


Oktyabrın 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazaxın igid oğlu, Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş gizir Orucov Elvin Rövşən oğlunun ailəsini və digər müraciət etmiş 1 nəfər vətəndaşı istəklərinə əsasən fərdi qəbul edib, onların müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb. 

Rayon rəhbəri 44 günlük Vətən müharibəsində adını tarixə yazdıran, qazanılan qələbədə payı olan Elvin kimi oğullarımızın döyüş meydanında göstərdikləri qəhrəmanlığın, şücaətin unudulmayacağını, hər zaman xatırlanacağını qeyd edib. Xalq olaraq 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərin müəllifi olan Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Elvin və onun kimi minlərlə şəhidimizə, sağlamlığını itirən qazilərimizə borclu olduğumuzu bildirib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu, Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü vurğulayıb. 




Facebook-da paylaş