Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
İyul ayının 26-da görkəmli yazıçı İsmayıl Şıxlının vəfatından 22 il keçir. Bu münasibətlə Qazax rayonunda xalq yazıçısı İsmayıl Şıxlının anım mərasimi keçirilib.
Görkəmli söz ustadının adını daşıyan parkda xatirəsinə ucaldılmış abidəsi önündə keçirilən tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavinləri, Aparatın məsul işçiləri, yazıçı və şairlər, jurnalistlər, müəllimlər, yazıçının yaxın qohumları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbirə toplaşanlar əvvəlcə, yazıçının abidəsi önünə gül-çiçək dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq bildirib ki, İsmayıl Şıxlının millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından əsərlərinin dəyəri çox böyükdür. Yazıçının milli hiss və Vətən sevgisi təsvir olunmayacaq dərəcədə güclü olub. O, həyati mövzularda əsərlər yazaraq zamanın nəbzini tutub və günün mühüm məsələlərinə toxunub. Mənəvi-ictimai problemləri ön plana çəkərək dövrün, yaşadığı mühitin eybəcərliklərini ifşa və tənqid hədəfinə çevirib. Yazıçının əsərlərində azərbaycançılıq ideyası öz əksini tapmış və hər dövr üçün öz aktuallığını qoruyub saxlamışdır. Məlumdur ki, xalqın milli-mənəvi dəyərləri öz əksini bədii ədəbiyyatda tapır. Milli xüsusiyyətlərin, milli keyfiyyətlərin, milli ruhun, adət-ənənələrin qorunub saxlanılmasında bədii ədəbiyyatın böyük rolu var. Bu baxımdan İsmayıl Şıxlının əsərlərində milli ideyanın təlqin və təbliği mühüm yer tutur. Yazıçı hələ sosializm cəmiyyətinin, avtoritar rejimin güclü vaxtlarında sovet ideologiyasının prinsiplərinə zidd olan əsərlər yazıb. O, öz əsərlərində bu quruluşun formalaşdırdığı insanların faciəsini çox böyük məharətlə əks etdirib. Buna görə də İsmayıl Şıxlı dissident sənətkardır.
Şairlərdən AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Ələddin İncəli, Mustafa Rasimoğlu, Tamella Poladlı, Səhlədar Hidayətoğlu, Mübariz Qaragözlü, Gülsənəm Cəlili, Kazım Kazımlı, Məzahir Yaqub, əməkdar müəllim Cavanşir Rüstəmov, yazıçının tələbəsi, Çaylı kənd 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məmməd Qocayev çıxış edərək İsmayıl Şıxlı yaradıcılığından söz açıb, yazıçının Azərbaycan ədəbiyyatına bəxş etdiyi nümunələrdən danışıb və xatirəsinə həsr etdikləri şeirləri söyləyiblər.
Sonda yazıçının ailə üzvləri adından çıxış edən Teybə Hüseynova İsmayıl Şıxlı yaradıcılığına göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığını bildirib.

GOYEZEN.AZ
Facebook-da paylaş