İcra başçısı vətəndaşları fərdi qəbul edərək müraciətlərini dinləyib
Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması bütün sahələrdə görünür ki, bu, hər bir dövlət məmuruna nümunə olmalıdır. Həmçinin, bu, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda da hər zaman hiss edilir. Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Oktyabrın 10-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Yuxarı Salahlı kəndindən müraciət etmiş şəhid gizir Hafiz Abdullayevin atası Məhəd Abdullayevi və Xanlıqlar kəndindən müraciət etmiş 1 nəfər vətəndaşı istəyinə əsasən fərdi qəbul edib, onların müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.
Facebook-da paylaş