BDU-nun Qazax filialında “Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu davamı” mövzusunda “Açıq dərs” təşkil olunub
Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il üçün Tədbirlər Planına əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin təbliği məqsədiləgənclər, məktəblilər arasında keçirilən "Açıq dərs”lər davam etdirilir
Növbəti "Açıq dərs” oktyabrın 5-də Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri üçün təşkil olunub.
"Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu davamı” mövzusunda oxunan mühazirədə dahi şəxsiyyətin mənalı həyatına və siyasi fəaliyyətinə nəzər salınıb.
Mərkəzin direktoru Ceyhunə Hüseynova mühazirəsində bildirib ki, Azərbaycanın ən yeni tarixində milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan Azərbaycan xalqının böyük oğlu dahi şəxsiyyət Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti mühüm yer tutur. Ümummilli Lider təkcə Azərbaycanın tərəqqisi üçün zəruri inkişaf strategiyası irəli sürərək bu kursun alternativsizliyini irəli sürməmiş, həm də banisi olduğu dövlətçilik irsinin əbədiyaşarlığını təmin edəcək qüdrətli varis də yetişdirmişdir. Bu gün Heydər Əliyev siyasi irsinin layiqli davamçısı - dövlət başçısı cənab İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. Necə ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun qazandığı Qələbənin, Zəfərin şahidi oldu. Bütün dünya güclü Azərbaycan dövlətinin, onun liderinin, ordusunun nəyə qadir olduğunu gördü və yaxından izlədi.
GOYEZEN.AZ
Facebook-da paylaş