“Heydər Əliyevin Dağlıq Qarabağda erməni separatizminə qarşı düşünülmüş və milli maraqları əks etdirən siyasi mübarizəsi” mövzusunda “Açıq dərs” keçirilib
Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsini gənc nəsillərə çatdırmaq məqsədilə məktəblilər arasında keçirilən "Açıq dərs”lər davam etdirilir
Növbəti "Açıq dərs” sentyabrın 30-da Namiq Vəliyev adına Qazax şəhər 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri üçün təşkil olunub.
"Heydər Əliyevin Dağlıq Qarabağda erməni separatizminə qarşı düşünülmüş və milli maraqları əks etdirən siyasi mübarizəsi” mövzusunda keçirilən dərsdə Ulu Öndərin həyat və fəaliyyətindən ətraflı bəhs edilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Səidə Qocayeva tərəfindən aparılan dərsdə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin çox önəmli bir istiqamətinin Qarabağda Azərbaycanın suverenliyinin təmin edilməsi olduğu bildirilib. Onun uzaqgörən və qətiyyətli siyasətçi kimi erməni millətçilərinin xalqımıza qarşı yönəlmiş şovinist siyasətinə qarşı hər zaman mübarizə apardığı və müstəqil dövlətimizin dünya birliyində öz layiqli yerini tutması, ümumi uğurları ilə Ermənistan üzərində hərtərəfli üstünlük qazanmasını təmin etməsi barədə danışılıb.
Məktəbin müəllimləri Kifayət İbrahimova və Xəzəngül Məmmədovanın da iştirak etdiyi "Açıq dərs”də sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş