• Təqvim

  • Unutma

  • Maraq



Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir


Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il üçün Tədbirlər Planına əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsini gənc nəsillərə çatdırmaq məqsədilə rayonun orta ümumtəhsil məktəblərində şagirdlərə "Ulu  Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzusunda mühazirələrin oxunması davam edir. Mayın 4-də növbəti mühazirənin oxunması Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin IX sinif şagirdlərinin iştirakı ilə reallaşıb.

Məktəbin direktoru Murğuz Mustafayevin, Təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Kərimovanın, Təşkilatçı müavin Gülnar Əmrahovanın iştirak etdiyi "Açıq dərs”də Ulu Öndərin həyat və fəaliyyətindən, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə gördüyü misilsiz işlərdən söhbət açılıb.


Mərkəzin direktoru Ceyhunə Hüseynova dahi şəxsiyyət Heydər Əliyevin cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş böyük xidmətləri, müstəqil dövlətin siyasi prioritetlərinin önə çıxarılması, yeni idarəetmə strukturunun formalaşdırılması, daxili sabitliyin yaradılması, iqtisadi sahədə islahatların həyata keçirilməsi və dövlət ideologiyasının formalaşdırılmasından bəhs edən geniş mühazirə ilə çıxış edib.

Məktəbin direktoru Murğuz Mustafayev çıxış edərək Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin düşünülmüş, məqsədyönlü və gələcəyə hesablanmış siyasətini çox uğurla həyata keçirdiyini qeyd edib. Güclü Azərbaycan dövlətinin formalaşdırılmasını, iqtisadiyyatın inkişaf etdirilməsini, müasir iqtisadi sistemin yaradılmasını, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların reallaşdırılmasını öz fəaliyyətinin strateji hədəfinə çevirdiyini vurğulayıb.

Dərsin sonunda şagirdləri maraqlandıran sualları cavablandırılıb.

 

GOYEZEN.AZ



Facebook-da paylaş