“Yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız üçün müstəqil, qüdrətli Azərbaycan - Vətəndir!” mövzusunda növbəti mühazirə oxunub
Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il üçün təsdiqlənmiş Tədbirlər Planına əsasən Vətənə ləyaqətli xidmətin əyani
nümunəsini yaratmış, ictimai-siyasi, dövlət xadimi, Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin irsinin təbliği məqsədiləümumtəhsil, ali və
orta ixtisas məktəblərində mütəmadi olaraq mühazirələr oxunur. Növbəti mühazirə dekabrın 28-də Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri
üçün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar "Yaşadığı
ölkədən asılı olmayaraq hər bir soydaşımız üçün müstəqil, qüdrətli Azərbaycan -
Vətəndir!” mövzusunda təşkil olunub. Mühazirədə xalqımızın müstəqillik və həmrəylik
yolunda keçdiyi şərəfli mübarizə yolundan, Ulu Öndər Heydər Əliyevin Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri kimi 1991-ci il dekabrın 16-da 31
dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması ilə bağlı
imzaladığı qərarın tarixi əhəmiyyətindən, Ümummilli Liderin Vətən sevgisindən,
xaricdə yaşayan soydaşlarımızın Vətənləri ilə sıx əlaqə qurması istiqamətində
gördüyü işlərdən danışılıb. Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Qiymətləndirmə
və Monitorinq Şöbəsinin müdiri Elvira Əfəndiyeva giriş sözü ilə çıxış edərək Mərkəzin
əməkdaşları tərəfindən tələbələrə həyat
yolu və fəaliyyət tarixi bütöv bir idarəçilik məktəbi olan qüdrətli şəxsiyyət
Heydər Əliyevin siyasi irsinin təbliği məqsədilə oxunan mühazirələrin böyük əhəmiyyət
kəsb etdiyini vurğulayıb. Oxunan bu mühazirələrin gənclərin müasir Azərbaycan
tarixinin şanlı səhifələri ilə daha yaxından tanış olmaları üçün maraqlarının artmasında,
Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin və zəngin irsinin öyrənilməsi,
təbliği, gənc nəsillərə çatdırılmasında böyük rolunun olduğunu bildirib.
Mərkəzin direktoru Ceyhunə Hüseynova mühazirəsində
qeyd edib ki, bugünkü taleyimizi müəyyən edən firavan günlər, sabit ölkə, azad
edilmiş Qarabağ Ümummilli Lider Heydər Əliyevin
adı ilə bağlıdır. 1993-cü il 3 oktyabr tarixindən başlanan dövlətçilik
tariximizin, müstəqilliyimizin, dünya birliyinə inteqrasiyanın, cəmiyyətin
vahidliyinin, xalqın həmrəyliyinin, uğurlu neft strategiyasının, əsaslı sosial
islahatların hər birində Ulu Öndərin imzası, gərgin və yorulmaz fəaliyyəti
dayanır. 1993-cü il oktyabrın 10-da Heydər Əliyev Azərbaycan Respublikasının
prezidenti seçilərək xalqa, Vətənə sədaqət andı içdi və Vətənə ləyaqətlə xidmətin
əyani nümunəsini yaratdı. Həmin andan etibarən ictimai-siyasi sabitlik bərqərar
olundu, qanunsuz silahlı dəstələr ləğv edildi, ölkə xaos girdabından qurtuldu, Ulu
Öndər 1969-cu ildən başladılan, 1993-cü ilədək davam etdirilən müasir,
demokratik Azərbaycan dövlətinin əsasını qoydu. Onun həyata keçirdiyi siyasətin,
fəaliyyətin kökündə isə milli təfəkkür, milli düşüncə və azərbaycançılıq məfkurəsi,
milli mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi dayanırdı.
Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçiliyimizin şanlı tarixi səhifəsidir.
Kommunist ideologiyasının hökm sürdüyü bir dövrdə Heydər Əliyev xalqımızın
milli özünüdərk və tarixi yaddaşının qorunması yolunda əzmlə mübarizə apardı.
1990-cı illərin əvvəllərində, ölkə təhlükələr qarşısında qalanda məhz Heydər
Əliyevin uzaqgörən siyasəti köklü dəyişikliklərin baş verməsinə səbəb oldu. Fəaliyyətinin
hər iki dövründə Heydər Əliyev hər zaman azərbaycançılıq məfkurəsinin nəzəri əsaslarını
inkişaf etdirirdi. 1993-cü ildən sonra isə azərbaycançılıq məfkurəsini öz fəaliyyətinin
təməl prinsipinə çevirdi. Ömrü boyu xidmət etdiyi xalqını etnik mənsubiyyətindən,
dinindən asılı olmayaraq vahid ideologiya ətrafında birləşdirdi. Azərbaycan 50
milyon azərbaycanlının tarixi Vətənidir və onlar hansı ölkədə yaşamalarından
asılı olmayaraq Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünmək
prinsipi ilə yaşamalıdırlar. Ulu Öndər Heydər Əliyev məhz bu məqsəd üçün bütün
dünyada yaşayan azərbaycanlıları azərbaycançılıq ideologiyası, məfkurəsi ətrafında
birləşməyə çağırırdı. Azərbaycançılığın tərkib hissələrindən olan Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününün əsası hələ 1991-ci ilin 16 dekabrında qoyulub. O illərdə
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan Heydər Əliyev Dünya
Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın
31-ni Dünya Azərbaycanılarının Həmrəyliyi Günü elan etdi. Artıq həmin gün milli
bayramlarımızın sırasında öz möhtəşəm yeri ilə fərqlənir. GOYEZEN.AZ
Facebook-da paylaş