• Təqvim

  • Maraq



Qazaxda prospekt və küçələrdə işıqlandırma sisteminin yenidən qurulması işləri yekunlaşmaq üzrədir


Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında, ölkə rəhbərinin göstərdiyi qayğı sayəsində respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları uğurla icra olunur ki, bu, paytaxt Bakı ilə yanaşı, bütün bölgələrimizin inkişaf etdirilməsi deməkdir. Bunu son bir neçə ildə günü-gündən gözəlləşən Qazaxda aparılan abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir. 

Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilməkdədir. Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda həyata keçirilən işlərdən biri də şəhərin prospekt və küçələrinin işıqlandırma sisteminin yenidən qurulmasıdır. 

Məlumat üçün qeyd edək ki, 2025-ci ildə Qazax şəhərinin prospekt və küçələrində işıqlandırma sisteminin yenidən qurulması işləri artıq yekunlaşmaq üzrədir. Belə ki, şəhərdə mövcud olan 188 ədəd köhnə işıq dirəyi müasir tələblərə cavab verən 310 ədəd yeni işıq dirəyi ilə əvəzlənmişdir. Həmçinin, işıq dirəkləri ilə yanaşı, köhnə elektrik xətləri də yenisi ilə əvəz olunmuşdur. 

Qazaxlılar, rayon sakinləri son illər ölkə başçısının rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı quruculuq işlərinin aparılmasını razılıq hissi ilə qarşılayır, bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.





Facebook-da paylaş