Günü-gündən gözəlləşən şəhərim
Rayonumuzda artan templə davam edən tikinti-quruculuq işləri sürətlə davam etdirilir. İstər şəhərin, istərsə də kəndlərin daha abad və yaraşıqlı olması üçün həyata keçirilən bu abadlıq işləri Qazaxın gündən-günə gözəlləşməsindən xəbər verir.
Heydər Əliyev prospektində həyata keçirilən abadlıq və quruculuq işləri son nəticədə prospektin yeni görkəm almasına gətirib çıxarıb.
Prospekt boyunca köhnə bardürlərin sökülərək əvəzində yeni, müasir standartlara cavab verən bardürlar düzülməsi, işıq dirəkləri və bütövlükdə işıq sisteminin əsaslı şəkildə təmir olunaraq yenidən qurulması bunun ən bariz nümunəsidir. Həmçinin yaşıllıq zolağının salınması, dekorativ ağacların və gül kollarının əkilməsi də prospektin yenidən qurulması istiqamətində görülən işlərdən biridir. Bu da şəhərin görkəminə daha bir gözəllik qatıb.
Şəhərdə yenidənqurma işləri aparılan ərazilərdən biri də Qazaxın girəcəyində olan, dahi şair Səməd Vurğunun xatirəsinə ucaldılmış abidə kompleksinin ətrafıdır. Hal-hazırda həmin ərazidə də əsaslı şəkildə başlanan yenidənqurma işləri başa çatmaq üzrədir.
Abidənin ətrafındakı döşəmə hissəsi tamamilə yenilənib. Belə ki, əraziyə yeni tamet plitələr döşənib. Diqqət çəkən məqamlardan biri isə yeni salınan yaşıllıq sahəsidir. Həmişəyaşıl gül kolları və dekorativ ağaclar abidə kompleksinin daha da əzəmətli görünməsi üçün görülən işlərdəndir.
Bundan əlavə kompleksin ətrafında işıqlanma sisteminin tamamilə dəyişdirilməsi istiqamətində də işlər görülüb. Kompleksin gecə və gündüz gözəl görünməsi üçün yeni işıq dirəkləri basdırılıb və müasir işıqlanma lampalarından istifadə olunub.
Onu da qeyd edək ki, şəhərin Heydər Əliyev prospektində və digər sahələrdə 50 mindən çox həmişəyaşıl gül kolları əkilib.

GOYEZEN.AZ
Facebook-da paylaş