• Təqvim

  • Maraq



Günü-gündən gözəlləşən şəhərim

Qazaxda tikinti-abadlıq və yenidənqurma işləri davam edir


Günü-gündən gözəlləşən şəhərim
Qazax şəhərində tikinti-abadlıq, yenidənqurma və küçələrin abadlaşdırılması sahəsində aparılan işlərin həcmi günü-gündən daha da artır.

Artıq “Fəxri Qazaxlılar” parkında işlər başa çatıb. Belə ki, parkın 4443 kvadratmetr sahəsinə tamet döşənib. 1656 paqon metr uzunluğunda yeni bardürlar düzülüb.

Yeni işıqlandırma sistemi qurulub, yeni oturacaqlar qoyulub. Həmçinin qazon, dekorativ ağac və gül kolları əkilib.

Rayonun görkəmli şəxsiyyətlərinə qoyulmuş 12 büst restavrasiya olunaraq müasir görkəmə salınıb.

Hal-hazırda isə abadlıq işləri üçün şəhərin Şəhidlər Xiyabanı küçəsində, Cümə məscidinin qabağında hazırlıq işlərinə başlanılıb. Həmin ərazinin ümumi sahəsi 2 min kvadratmetrdir.

Burada da əraziyə tamet döşənməsi, 250 paqon metr uzunluğunda bardür düzülməsi nəzərdə tutulub. Bundan başqa, işıq sisteminin yenidən qurulması və digər işlərin görülməsi planlaşdırılıb.

Eyni zamanda bu cür abadlıq işləri H.Əliyev prospektində S.Vurğunun heykəlinin və “Dədə Qorqud” Abidə Kompleksinin qarşısında da aparılacaqdır.

Bundan başqa, şəhərin küçələrində də təmir-tikinti və abadlıq işlərinə başlanılıb. Artıq N.Nərimanov 1, 2 və 3, F.Qayıbov, Ə.Şıxlinski, M.Hüseyn, S.Vurğun, H.Arif, H.Z.Tağıyev, M.V.Vidadi və M.Dilbazi küçələrində təmir işləri başa çatıb.

Hazırda şəhərin M.Ə.Rəsulzadə, Azadlıq, Bakı və həmin küçələrlə kəsişən küçələrdə işlər davam edir. Küçələrə qum-çınqıl daşınır, çalalar doldurulur və yollarda hamarlama işləri aparılır.

GOYEZEN.AZ


Facebook-da paylaş