Hər bir azərbaycanlının lideri
Prezidentin diqqət və qayğısı ilə Qazax sürətli inkişaf dövrünü yaşayır.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər respublikamızın qərb bölgəsində yerləşən Qazax rayonunun da sürətli inkişafına səbəb olub.
Son 10 ildə rayonda görülən işləri indi saymaq çətindir. Aparılan abadlıq və quruculuq işləri nəticəsində rayonun siması başdan-başa dəyişmiş, insanların sosial-rifah səviyyəsi yüksəlmışdir.
Bu inkişaf nəinki rayon mərkəzini, kənd və qəsəbələri də əhatə etmişdir.
Prezident İlham Əliyevin oktyabrın 19-da Qazax rayonuna etdiyi səfər zamanı ictimaiyyətin nümayəndələri ilə keçirdiyi görüşdə sakinlər bu inkişafı dövlət başçısının apardığı uzaqgörən siyasətin məntiqi nəticəsi kimi dəyərləndirmiş, görülən işlərə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Qazax rayonuna tarixi səfərin onlarda böyük stimul yaratdığını söyləyən qazaxlılar bundan ruhlanaraq Prezidentin ətrafında daha sıx birləşməklə qarşıya qoyduğu vəzifələri bundan sonra da var qüvvələri ilə yerinə yetirəcəklərinə söz vermişlər.
“Birinci Şıxlı” kəndli fermer təsərrüfatının təqdimatında Prezident İlham Əliyevlə apardığı dialoqu ömrünün ən xoş anları kimi xatirəsində saxlayacaq kənd sakini Yeganə Osmanova deyir ki, “mən dövlət başçısının nə qədər müdrik və siyası xadim olduğunu bir daha yaxından duydum. Xüsusilə yaşadığım Qazax rayonunun inkişafı ilə bağlı yüksək fikirlər söyləməsi görüşdə iştirak edən hər bir qazaxlıda qürur hissi oyatdı”.
Ölkə başçısının diqqət və qayğısı sayəsində digər bölgələr kimi, Qazax rayonu da özünün dinamik inkişaf dövrünü yaşayır.
Yalnız onu demək kifayətdir ki, təkcə bu il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 51 layihə üzrə iş adamlarına 9 milyon 479 min manatdan çox kredit verilmişdir ki, bunun da sayəsində 14 yeni müəssisə yaradılmış və bu müəssisələrdə 358 yeni iş yeri açılmışdır.
Rayonda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa və quruculuq işləri uğurla davam etdirilmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə sahəsi 940,8 kvadratmetr olan üçmərtəbəli tarix-diyarşünaslıq muzeyi, kənd təsərrüfatı idarəsi üçün inzibati bina, Birinci Şıxlı kəndi ərazisində smeta dəyəri 3 milyon 241 min manat olan “Birinci Şıxlı” kəndli fermer təsərrüfatı istifadəyə verilmişdir.
Nəinki rayonda, eləcə də bölgədə nəhəng istehsalçı olacaq bu təsərrüfatda sahəsi 560 kvadratmetr olan inzibati bina, istehsal olunan tərəvəzlərin təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və paketlənməsi üçün sahəsi 600 kvadratmetr olan sex və tutumu 2 min ton olan soyuducu anbar inşa edilmişdir.
Təsərrüfatla bağlı lazım olan bütün maşın və mexanizmlər alınmış, 250 kvadratmetr sahədə texnika parkı yaradılmışdır.
Ümumi sahəsi 636 hektar olan təsərrüfatda 231 hektar kartof, 405 hektar taxıl yetişdirilməsi nəzərdə tutulmuşdur.
İlkin olaraq burada 28 nəfər işləsə də, gələcəkdə onların sayının 170 nəfərə çatdırılması nəzərdə tutulmuşdur.
Rayonda aparılan abadlıq və quruculuq işləri yeni vüsət almışdır. And yerimiz olan şəhidlərin xatirəsinə ehtiram göstərilərək onların adları əbədiləşdirilmiş, uyuduqları xiyabanlar yeni görkəmdə təmir edilmişdir.
Bu yaxınlarda Qazax şəhərindəki Şəhidlər xiyabanı tamamilə yenidən qurulmuş, 500 kvadratmetrlik döşəmə tamamilə dəyişdirilmiş, divarlara plitələr vurulmuş, qəbirlər bərpa edilmiş, 400 kvadratmetr sahəyə qazon salınmış, Şəhidlər bulağına su xətti çəkilmişdir.
Xiyabanın yollarına isə asfalt salınmışdır. Bütün bu işlər rayonun Yuxarı Salahlı və Daş Salahlı kəndlərindəki Şəhidlər xiyabanında da həyata keçirilmişdir.
Qərb bölgəsindən ölkəmizə gələn qonaqlar birinci Qazax rayonuna daxil olurlar. Qonaqlarda respublikamız haqqında ilkin olaraq xoş təəssürat yaratmaq üçün giriş qapısı yenidən qurulmuşdur.
Burada abadlıq işləri aparılmış, 5000 kvadratmetr sahəyə qazon döşənmiş, suvarma suyu üçün yeni xətt çəkilmiş, ərazidə müasir işıqlandırma sistemi yaradılmışdır.
Həmin ərazidə Azərbaycanın ilk təyyarəçisi Fərrux Ağa Qayıbovun xatirəsinə təyyarə abidəsi ucaldılmışdır.
Bundan əlavə, Bayraq meydanında və Nərimanov qəsəbəsindəki dairəvi yolda əsaslı təmir işləri görülərək abidələr tamamilə yenidən qurulmuş və ətrafında geniş abadlıq-quruculuq işləri aparılmışdır.
Heydər Əliyev parkı ərazisində yaradılmış süni gölun içərisində işıq effekti yaradılmaqla yeni fəvvarə kompleksi düzəldilmişdir.
Rayon mərkəzində aparılan abadlıq və yenidənqurma işləri nəticəsində şəhər tamamilə tanınmaz dərəcədə dəyişmişdir. 10 çoxmənzilli yaşayış evlərinin həyətlərinə 8 min kvadratmetrdən artıq asfalt örtük salınmışdır.
Şəhərin prospekt və küçələrində 50-dən artıq yaşayış evinin dam örtüyü dəyişdirilərək 12000 kvadratmetrə yaxın dəmir kirəmit vurulmuş, 300 kvadratmetrə yaxın hasar hörülmüş, evlərin 5000 kvadratmetr fasad hissəsində və hasarlarda suvaq işləri aparılaraq rənglənmişdir.
Yaşayış evlərinin və məhəllələrin giriş hissəsində 20 ədəd yeni qapıları düzəldilmişdir. Şəhərin bütün küçələrinin işıqlandırma sistemi tamamilə yenilənmişdir.
Rayon mərkəzi ilə yanaşı kənd və qəsəbələrin inkişaf etdirilməsi və yenidən qurulması daim diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə rayonun yaşayış məntəqələrində 80 kilometr uzunluğunda kənddaxili yollara qum-çınqıl döşənmişdir.
Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ yolun çəkilişinə başlanılmışdır.
Bala Cəfərli və Məzəm kəndlərində əhalinin təhlükəsizliyini təmin emək məqsədilə 428 poqonmetr istinad divarı çəkilmişdir.
Daxili imkanlar hesabına Məzəm kəndində yaşayış evlərinin həyətlərində ümumi uzunluğu 1381 poqonmetr olmaqla 4143 kvadratmetr istinad divarı çəkilmişdir.
Quşçu Ayrım kənd əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaşayış evlərinin düşmən mövqelərinə baxan pəncərələrinin hörülməsi üçün sakinlərə tikinti materialları verilmişdir.
Bala Cəfərli və Xanlıqlar kəndlərinin hər birində imkanı olmayan bir ailə üçün yaşayış evinin inşası başa çatdırılmışdır.
Rayonda əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Ürkməzli kəndində bir ədəd 20 tonluq, bir ədəd 16 tonluq su çəni və bir ədəd su nasosu quraşdırılmış, 2 kilometr uzunluğunda yeni su xətti çəkilmişdir. Dəmirçilər, Aslanbəyli kəndlərinin də su problemi həll edilmişdir.
Qazax rayonunda əhalinin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Hazırda “Mətanət A” şirkəti tərəfindən Daş Salahlı kəndində və “Carçıoğlu” şirkəti tərəfindən Xanlıqlar kəndində hər birinin istehsal gücü 50 min ton olan 2 yeni əhəng zavodunun tikintisi aparılır.
Həmin zavodlarda 450-yə yaxın yeni iş yerinin açılması gözlənilir.
Rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Qaymaqlı kəndində fəaliyyət göstərən fermada lizinq yolu ilə gətirilmiş 75 baş cins düyənin hər birindən bala alınmışdır.
Hazırda bu iş davam etdirilir. Belə ki, daha 100 baş cins düyənin gətirilməsi istiqamətində danışıqlar aparılır.
Əkin sahələrinin suvarma suyu ilə təminatını qaydaya salmaq məqsədilə bir sıra məqsədyönlü işlər həyata keçirilir. Ölkə başçısının müvafiq tapşırığına əsasən rayon ərazisində 5 ədəd subartezian quyusu qazılır. Ümumilikdə isə bu il 10 quyunun qazılması nəzərdə tutulmuşdur.
Bundan başqa, düşmənlə üz-üzə dayanmış Fərəhli kəndində 200 hektar ərazinin suvarılması üçün yeni suvarma şəbəkəsi yaradılmışdır.
Həyata keçirilən tədbirlər nəticəsində təkcə bu il rayonda 7906,5 hektar sahəyə taxıl səpilmiş, nəticədə 23.998 ton məhsul götürülmüşdür ki, bu da əvvəlki ildəkindən 5781 ton çoxdur. Sevindirici haldır ki, hər hektardan 34 sentner məhsul toplanmışdır.
Göründüyü kimi, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası nəticəsində Qazax rayonu da sürətlə inkişaf edir. Bu gün qazanılan hər bir uğur sabah əldə olunacaq nailiyyət üçün zəmin yaradır.
Ölkə başçısının məqsədi də bölgələrin sürətli inkişafını, insanların sosial-rifah halının daha da yüksəlməsini təmin etməkdir. Prezident
İlham Əliyevin Qazax rayonuna növbəti səfəri də məhz bu istəkdən irəli gəlir. Bölgənin sosial infrastrukturunun yenilənməsi və insanların həyat şəraiti ilə daha yaxından tanış olmaq, onların istək və arzularını dinləyərək həyata keçirmək naminə edilən bu səfərlər rayon sakinlərində yeni stimul yaratmaqla daha böyük amallar uğrunda mübarizəyə səsləyir.

Sabir ƏLİYEV,
“Azərbaycan”
23 oktyabr 2016-cı il
Facebook-da paylaş