• Təqvim

  • Maraq



Qazaxın ünvanı - Obelisk

Qazaxın ünvanı - Obelisk
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun rəhbərliyi ilə rayonumuzda tikinti-quruculuq işləri getdikcə daha geniş vüsət almışdır. Bütün sahələrdə aparılan quruculuq və abadlıq işləri rayonumuzun simasının gündən-günə dəyişməsinə,

Qazaxın daha abad və yaraşıqlı olmasına xidmət göstərir. Ona görə də rayonumuz getdikcə sözün yaxşı mənasında simasını dəyişərək respublikamızın qabaqcıl rayonlarından birinə çevrilir.
Qazaxın ünvanı - Obelisk
Azərbaycanın Qərbində yerləşən Qazax rayonunun girişində Qazaxın ünvanını bildirən “Obelisk” bu deyilənlərə əyani sübutdur. Rayona daxil olarkən Qazaxın ünvanı diqqəti özünə çəkir. Respublikamızın qərb qapısı, həm də qəlb qapısı sayılan “Qazax rayonu” sözü elə ilk baxışdan göz oxşayır.

Sonra yaşıllıqlar qoynuna düşürsən. Yamyaşıl otlar, bir-birindən qəşəng güllər, çiçəklər ona baxan hər kəsi öz qoynuna səsləyir. Günəşə boy göstərən ağaclar isə bura daha bir gözəllik gətirir.
Qazaxın ünvanı - Obelisk
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun müvafiq göstərişinə əsasən rayonumuzun girişində ucaldılmış “Obelisk”də əsaslı işlər görülmüş, bu tikili sözün əsl mənasında memarlıq abidəsinə çevrilmişdir.

22 metr hündürlüyündə olan “Obelisk”in ətrafında 5000 m2 sahəyə qazon otu döşənmişdir. Yolun hər iki tərəfinə yeni işıq dirəkləri basdırılmışdır. İndi Bakı-Qazax magistral yolu boyu sıralanmış işıqlar ətrafı nura qərq edir.

İşıq saçan dümağ şarlar isə bu yaşıl adanın gözəlliyini daha da artırır. Yaşıl otların arasından bərq vuran rəngli işıqların yaşıllığa verdiyi gözəllik ayrıca qeyd olunmalıdır. Təbii ağaclardan hazırlanmış arakəsmələr isə yaşıllığı daha da yaraşıqlı edir.
Qazaxın ünvanı - Obelisk
Qızılı rənglərlə yazılmış “Qazax rayonu” sözü bu gözəlliklər arasında xüsusilə qəşəng görünür. Bu abidə kompleks rayonumuza daxil olan hər bir adamda xoş təəssürat oyadır.
Qazaxın ünvanı - Obelisk
Qazax sərhəd rayonudur və buradan xarici vətəndaşlar da müntəzəm olaraq keçir. Bu memarlıq abidəsi rayonumuza gələn hər bir insanı öz möhtəşəmliyi ilə salamlayır.

“Obelisk”in gündüz görüntüsü kimi gecə görüntüsü də füsünkardır. Buradakı işıqlandırma sistemi insanın gözlərini oxşayır, qəlbini fərəhləndirir.
İşıqların gur yansın “Obelisk”.


Facebook-da paylaş