Elektrod Zavodunda əsas işlər yekunlaşmaq üzrədir
Respublika Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər ölkəmizdə yeni sənaye müəssisələri yaradılır, bu sahənin inkişaf etməsi üçün mühüm işlər görülür. Qazax rayonunda da bu sahədə məqsədyönlü tədbirlər həyata keçirilir. Yeni-yeni istehsal müəssisələri tikilir, sosial obyektlər inşa olunur. Belə istehsal müəssisələrindən biri də Xanlıqlar kəndi ərazisində tikilən Elektrod Zavodudur. “Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən yeni zavodda demək olar ki, əsas işlər görülübdür.
Bu gün Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və müavin Tahir Musayev yeni istehsal müəssisəsinin tikintisi ilə maraqlanıb, görülən son tamamlanma işləri ilə tanış olublar.
Məlumat verilib ki, 2017-ci ildə tikintisinə başlanılmış və 1,5 hektar sahəni əhatə edən zavodda əsas işlər yekunlaşıbdır. Məhsul istehsal ediləcək 2400 kvadratmetrlik örtülü sahədə tikinti işləri tam başa çatıb.
Həmçinin, zavodun ərazisində kənd təsərrüfatı məhsullarının saxlanılması məqsədilə əlavə olaraq tikilən 4 kameralı 5000 tonluq anbarda da işlər sürətlə davam etdirilir. Hazırda arakəsmə hörgü işləri aparılır və suvaq vurulur.
Bundan əlavə, ofis binasında da əsas işlər yekunlaşıb. Binada rəngsaz, metlak və tavanın vurulması işləri həyata keçirilir ki, onlar da başa çatmaq üzrədir. Eyni zamanda, zavodun həyətinə tamet vurulur və abadlıq işləri aparılır. Tikinti işləri ilə yanaşı, ərazinin ətrafında yaşıllaşdırma işləri də aparılıb. Buraya müxtəlif növ ağaclar və gül kolları əkilib.
Məlumat üçün bildirək ki, işə düşdükdən sonra müəssisədə 100 nəfərdən çox rayon sakininin işlə təmin olunması nəzərdə tutulubdur.

GOYEZEN.AZ
Facebook-da paylaş