• Təqvim

  • Unutma

  • Maraq



Elektrod Zavodunun tikintisində son tamamlama işləri aparılır

Elektrod Zavodunun tikintisində son tamamlama işləri aparılır
Son illər Qazax rayonunda bütün sahələrlə yanaşı sənaye sahəsində də mühüm işlər görülür, yeni istehsal müəssisələri tikilir. 2017-ci ildə rayonun Xanlıqlar kəndi ərazisində tikintisinə başlanılmış Elektrod Zavodu da həmin müəssisələrdən biridir.

“Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən Elektrod Zavodunun ərazisi 1,5 hektardır. Bunun 2400 kvadratmetr olan örtülü sahəsində məhsul istehsal ediləcəkdir. Müəssisədə 100 nəfərdən çox rayon sakini işlə təmin olunacaqdır.

Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Elektrod Zavoduna gələrək tikintinin gedişi ilə maraqlanıb. İcra Başçısına məlumat verilib ki, zavodda tikinti işləri yekunlaşıb. Hazırda son tamamlama işləri aparılır.

Ərazinin ətrafında yaşıllaşdırma işləri aparılaraq müxtəlif növ ağaclar və gül kolları əkilib.

Bundan başqa, ərazidə “Carçıoğlu GROUP” MMC tərəfindən kənd təsərrüfatı məhsullarının saxlanılması məqsədilə əlavə olaraq 5000 tonluq anbarın tikintisinə başlanılıb.

Görülmüş işlərlə tanış olduqdan sonra rayon rəhbərliyi müvafiq tövsiyələrini verib.

Elektrod Zavodunun tikintisində son tamamlama işləri aparılır
Elektrod Zavodunun tikintisində son tamamlama işləri aparılır
Elektrod Zavodunun tikintisində son tamamlama işləri aparılır
Elektrod Zavodunun tikintisində son tamamlama işləri aparılır
Elektrod Zavodunun tikintisində son tamamlama işləri aparılır
Elektrod Zavodunun tikintisində son tamamlama işləri aparılır
Elektrod Zavodunun tikintisində son tamamlama işləri aparılır
GOYEZEN.AZ


Facebook-da paylaş