Elektrod zavodunda işlər sürətlə davam edir
Qazax rayonunda sosialyönümlü obyektlər inşa olunur, iş adamları müxtəlif təyinatlı zavodlar tikir, sosial inkişafa öz töhfələrini verirlər.
“Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən Elektrod Zavodu da həmin obyektlərdəndir. 2017-ci ildə Xanlıqlar kəndi ərazisində tikintisinə başlanılan Elektrod Zavodunun ərazisi 1,5 hektardır. Bunun 2400 kvadratmetr olan örtülü sahəsində məhsul istehsal ediləcəkdir.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tikinti başlayan ilk gündən mütəmadi olaraq zavodun inşası ilə yaxından maraqlanır, tez-tez tikintiyə baş çəkir, görülən işlərlə tanış olur.
Bu gün rayon rəhbərliyi Elektrod Zavoduna gələrək tikintinin gedişi ilə maraqlanıb. İcra Başçısına məlumat verilib ki, tikinti sürətlə davam edir. Əsas tikinti işləri demək olar ki, başa çatdırılıb. Zavodun həm daxilində, həm də ətrafında inşaat işləri görülür. Örtülü əraziyə beton tökülməsi işləri artıq yekunlaşıb. İnzibati binada da tikinti işləri demək olar ki, başa çatıb.
Ərazinin ətrafında yaşıllaşdırma işləri aparılıb, binanın kənarlarına ağaclar əkilib. Yaxın günlərdə inzibati binanın içəri hissəsinə də ağaclar əkiləcək, torpaq ərazi yaşıllığa qərq olacaqdır.
Zavodda aparılan tikinti işləri ilə tanış olduqdan sonra rayon rəhbərliyi müvafiq tövsiyələrini verib.

GOYEZEN.AZ
Facebook-da paylaş