Tikinti işləri sürətlə davam edir
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mütamadi olaraq yeni inşa olunan tikinti obyektlərinə baş çəkir, görülən işlərlə maraqlanır.
Bu gün İcra Başçısı Rəcəb Babaşov yeni inşa olunan obyektlərin yerləşdiyi İkinci Şıxlı və Xanlqlar kəndində olub.
“İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində tikilən müəssisədə görülən işlərlə tanış olan rayon rəhbərinə məlumat verilib ki, sahəsi 2200 kvadratmetr olan soyuducu kartof saxlanc anbarında kürsü səviyyəsinə qədər tikinti işləri başa çatıb. Bundan başqa, tikinti altı sahəsi 462 kvadratmetr olan 2 mərtəbəli inzibati binanın tikintisi aparılır. Burada hörgü işləri artıq başa çatdırılıb. Yaxın günlərdə inşaatçılar tavan hissədə betonlama işlərinə başlayacaqlar.
Ümumi suvarma işlərinin həyata keçirilməsi məqəsdilə quru və soyuducu anbarın işləməsi üçün 14 km uzunluğunda elektrik xətti çəkilişi tam başa çatdırılmışdır.
Rayon rəhbərinə məlumat verilib ki, mart ayının 10-na kimi tikintinin əsas hissəsi başa çatdırılacaqdır.
Onu da qeyd edək ki, burada aparılan tikinti işlərinə kənd sakinləri cəlb olunmuşdur.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Xanlıqlar kəndi ərazisində tikilən elektrod zavoduna gələrək tikinti işlərinin gedişi ilə tanış olub. Rayon rəhbərliyinə məlumat verilib ki, burada da işlər nəzərdə tutulduğu qaydada gedir. Bildirilib ki, “Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən elektrod zavodunun ərazisi 1,5 hektardır. Bunun 2400 kvadratmetr olan örtülü sahəsində məhsul istehsal ediləcəkdir. Müəssisənin bu hissəsində lazım gələn bütün işlər görülüb başa çatdırılmışdır. Yaxın günlərdə döşəmə hissəsinə beton töküləcəkdir. Eyni zamanda müəssisə üçün inzibati bina da inşa olunur.
Hazrda tikinti sürətlə davam edir. Zavodun həm daxilində, həm də ətrafında inşaat işləri görülür.
Hər iki müəssisədə görülən işlərlə tanış olduqdan sonra rayon rəhbərliyi müvafiq tapşırıq və tövsiyələrini verib.

GOYEZEN.AZ
Facebook-da paylaş