• Təqvim

  • Unutma

  • Maraq



Elektrod zavodunda işlər sürətlə gedir

Elektrod zavodunda işlər sürətlə gedir
Prezident İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi dəstək iş adamlarının qarşısında geniş imkanlar açıb. Ölkə başçısının göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər. Qazax rayonu da sahibkarlığın inkişafı üçün əlverişli rayondur.

Sahibkarlığın rolunun gücləndirilməsinin, bu istiqamətdə göstərilən diqqət və qayğının artırılmasının, bu sahənin inkişafına maneçilik törədən bütün neqativ halların aradan qaldırılmasının nəticəsidir ki, Qazax rayonunda sahibkarlıq daha geniş vüsət alır.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün günün ikinci yarısında Xanlıqlar kəndi ərazisində tikilən elektrod zavoduna gəlib, burada görülən işlərlə tanış olub. Rayon rəhbərliyinə məlumat verilib ki, “Carçıoğlu GROUP” MMC tərəfindən Xanlıqlar kəndi ərazisində inşa edilən elektrod zavodunun ərazisi 1,5 hektardır. Bunun 2100 kv.metri örtülü sahədir ki, burada məhsul istehsal ediləcəkdir. Hazırda zavodda həm hörgü işləri görülür, həm də rəngləmə və digər tikinti işləri həyata keçirilir.

Görülən işlərlə taniş olan İcra Başçısı öz tövsiyələrini verib.

GOYEZEN.AZ

Elektrod zavodunda işlər sürətlə gedir
Elektrod zavodunda işlər sürətlə gedir
Elektrod zavodunda işlər sürətlə gedir
Elektrod zavodunda işlər sürətlə gedir
Elektrod zavodunda işlər sürətlə gedir
Elektrod zavodunda işlər sürətlə gedir
Elektrod zavodunda işlər sürətlə gedir
[img]http://goyezen.az/uploads/posts/2017-12/1513606417_img_7900.jpg[/img
[img]http://goyezen.az/uploads/posts/2017-12/1513605900_img_7866.jpg[/img]
Elektrod zavodunda işlər sürətlə gedir


Facebook-da paylaş