• Təqvim

  • Maraq



Qazax sahibkarlar üçün əlverişli rayondur

Qazax sahibkarlar üçün əlverişli rayondur
Prezident İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi dəstək iş adamlarının qarşısında geniş imkanlar açmışdır. Ölkə başçısının göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər. Qazax rayonu da sahibkarlığın inkişafı üçün əlverişli rayondur.
Qazax sahibkarlar üçün əlverişli rayondur
Sahibkarlığın rolunun gücləndirilməsinin, bu istiqamətdə göstərilən diqqət və qayğının artırılmasının, bu sahənin inkişafına maneçilik törədən bütün neqativ halların aradan qaldırılmasının nəticəsidir ki, Qazax rayonunda sahibkarlıq daha geniş vüsət alır. Yaradılan belə bir sağlam mühit və şəffaflıq sayəsində bu sahədə rayonda mühüm və əhəmiyyətli addımlar atılıb və bu proses yüksələn templə davam etməkdədir.
Qazax sahibkarlar üçün əlverişli rayondur
Qazax sahibkarlar üçün əlverişli rayondur
GÖYEZEN.AZ portalı açılan yeni sahibkarlıq obyektləri ilə bağlı mütəmadi olaraq məqalələr verir, foto-reportajlar dərc edir. Rayonun II Şıxlı kəndində “İnvestel QRUP” MMC tərəfindən görülən geniş miqyaslı işlər də Qazaxda sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitə daha bir nümunədir. Kənd təsərrüfatı məhsullarının əkini, biçini və istehsalı ilə məşğul olan cəmiyyət tərəfindən bu sahənin inkişafı üçün 8 550 min investisiya qoyulması nəzərdə tutulmuşdur.
Qazax sahibkarlar üçün əlverişli rayondur
Hal-hazırda burada görüləcək gələcək işlər üçün möhkəm zəmin yaradılır. Belə ki, cəmiyyət istifadəsində olan ərazidə eni 16 metr, uzunluğu isə 90 metr olan böyük bir anbar tikib. Burada gələcəkdə istehsal ediləcək məhsullar və lazım gələndə kənd təsərrüfatı texnikaları saxlanılacaqdır.
“İnvestel QRUP” MMC-nin istifadəsində 836 hektar torpaq sahəsi var. Gələcəkdə bu sahələrdə müxtəlif təyinatlı kənd təsərrüfatı məhsulları əkiləcək, cəmiyyət məhsul bolluğu yaradılmasına öz töhvəsini verəcəkdir.
Qazax sahibkarlar üçün əlverişli rayondur
Sahələrin suvarılması, əkinlərin su ilə müntəzəm təmin olunması günün ən vacib vəzifələrindən biridir. Bu problemi həll etmək üçün cəmiyyət 10 km uzunluğunda daşıyıcı xəttin çəkilməsini qarşısına məqsəd qoyubdur. Su xəttinin çəkilməsini ANKZ – 4 ASC həyata keçirir. İş icraçısı Səfiyar Bayramov GÖYEZEN.AZ portalına bildirib ki, Xram çayından 2 daşıyıcı xəttin çəkilməsinə başlamışıq. 530 diametrində olan xəttin çəkilişində 6 briqada çalışır. Xram çayının sahilində nasosxana tikiləcək və burada 3 nasos quraşdırılacaqdır. Hər xəttə 1 nasos su vuracaqdır. 1 nasos isə ehtiyatda saxlanılacaqdır. Xram çayından qoşa xətt vasitəsilə su anbara vurulacaqdır. Bu məqsədlə gələcəkdə 2 ədəd 2500 kubluk su anbarının tikilməsi nəzərdə tutulubdur.
Qazax sahibkarlar üçün əlverişli rayondur
Qazax sahibkarlar üçün əlverişli rayondur
Su çəkilişi sürətlə davam edir. Qısa müddətdə hər iki xəttin 1 km hissəsi artıq çəkilib başa çatdırılıb. İş icraçısı bildirib ki, öhdələrinə götürdükləri işi iki ay yarıma başa çatdıracaqlar.

Su xətti çəkilib başa çatdırıldıqdan sonra boz çöllərə yeni həyat veriləcəkdir. Bu isə məhsul bolluğu və firəvanlıq deməkdir.

Elçin İSMAYIL


Facebook-da paylaş