Qazaxda 2016-cı ildə kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Respublika Prezidenti İlham Əliyevin sədrliyi ilə keçən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda qeyri-neft sektorunun inkişafı yolu ilə regionların davamlı inkişafının sürətləndirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi və yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələlər öz əksini tapıb.
Dövlət başçısı öz çıxışında 2016-cı ildə iqtisadiyyat sahəsində önəmli addımlar atıldığını, qeyri-neft sektorunun 5%, kənd təsərrüfatının isə 2,6% artdığını diqqətə çatdırıb. Bildirib ki, bu mühüm göstəricilər aparılan düzgün siyasətin, başqa sözlə, qeyri-neft sektorunun inkişafına göstərilən qayğının nəticəsidir.
Ötən il respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da qeyri-neft sektorunun inkişafı, istehsal olunan bitkiçilik məhsullarının həcminin artırılması sahəsində uğurlu nəticələr əldə olunub. Bunu 2016-cı ildə rayonda bitkiçilik məhsullarının istehsalı haqqında olan cədvəldən də aydın şəkildə görmək olar.

Bununla yanaşı, bu il 30 hektar sahədə tütün, 517 hektar sahədə şəkər çuğunduru, 800 hektara qədər sahədə isə kartof əkini və 4500 kiloqram barama istehsalı nəzərdə tutulub.
Facebook-da paylaş