Keyfiyyətlə aparılan təmir-bərpa işləri yekunlaşmaq üzrədir
Qazax rayonunda getdikcə daha geniş vüsət alan tikinti-quruculuq işlərinin sürəti ilə yanaşı onun keyfiyyətinə, təmirin yüksək səviyyədə aparılmasına da nəzarət olunur. Rayon rəhbərliyi müntəzəm olaraq istər şəhərdə, istərsə də kəndlərdə görülən işlərlə maraqlanır, tapşırıq və tövsiyələrini verir. Bunun nəticəsidir ki, başa çatan təmir-bərpa və quruculuq işləri sözün əsl mənasında göz oxşayır.
Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Daş Salahlı kəndində, eləcə də rayon mərkəzində həyata keçirilən tikinti-quruculuq işlərinin gedişi ilə maraqlanıb, mövcud vəziyyətlə yerindəcə tanış olub.
Rayon rəhbərliyi ilkin olaraq “Mətanət A” şirkəti tərəfindən rayonumuzda tikilən illik istehsal gücü 50 min ton olan Əhəng zavodunun inşası ilə tanış olub. İşlər sürətlə aparıldığından yeni zavodun tikintisi demək olar ki, başa çatmaq üzrədir. Məlumat verilib ki, zavod yaxın günlərdə açılışa tam hazır olacaqdır.
İcra Başçısı sonra kəndin mərkəzində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidə kompleksinə gəlib. Burada da son tamamlama işləri görülür. Əsaslı şəkildə yenidən qurulan abidə-kompleksi sözün yaxşı mənasında tanımaq olmur. Abidənin üzəri mərmərlə örtülüb. Ətrafına tamet daşı döşənib. Yeni işıqlanma sistemi quraşdırılıb. Həmişəyaşıl gül kolları əkilib. Bir sözlə, kəndin mərkəzində yüksək səviyyəli yeni bir park salınıb. Görülən işlərlə tanış olan rayon rəhbərliyi öz tapşırıq və tövsiyələrini verib.
Sonra Rəcəb Babaşov kənddə əsaslı şəkildə təmir olunmuş 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının binaları ilə tanış olub. Burada əsaslı şəkildə aparılmış təmir işləri demək olar ki, yekunlaşıb. Görülən işlərə baxan rayon rəhbərliyi bağça binasını yüksək qiymətləndirib.
Daha sonra rayon rəhbərliyi yeni inşa olunmuş şəhər 1 saylı körpələr evi-uşaq bağçasının binasına gəlib. Açılışa hazır olan binada körpələrin təlim-tərbiyə almaları üçün yaradılmış şərait olduqca yüksək səviyyədədir.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Şəhidlər Xiyabanında, rayon mərkəzi xəstəxanasının, “Azərxalça” ASC Qazax filialının yeni binasında, hərbi şəhərcikdəki və 60 ailəlik beşmərtəbəli binalarda aparılan tikinti-quruculuq, bərpa və təmir işləri ilə də maraqlanıb.
Görülən işləri yüksək qiymətləndirərək müvafiq tapşırıqlarını verib.

Elçin İSMAYIL
Facebook-da paylaş