• Təqvim

  • Maraq



Qazaxda şəhərin Bakı küçəsinin bu hissəsinə yeni asfalt örtüyü vurulur - FOTOLAR


Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilməkdədir. Əminliklə deyə bilərik ki, ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları uğurla icra olunur ki, bu da paytaxt Bakı ilə yanaşı, bütün bölgələrimizin inkişaf etdirilməsi deməkdir. Bunu son bir neçə ildə günü-gündən gözəlləşən Qazaxın timsalında, rayonda aparılan abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir.

Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda həyata keçirilən işlərdən biri də rayonda nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə görülən təqdirəlayiq işlərdir.

2025-ci ildə Qazax şəhərində yolların əsaslı təmiri işlərində nəzərdə tutulmuş Bakı küçəsinin dairədən (“Əsədoğlu” marketin yanı) avtovağzalın qarşısına olan hissəsinə yeni asfalt örtüyünün vurulmasına başlanılmışdır. Əvvəlcə yolun köhnə asfalt qatı frez maşını ilə qazılmış, toz qatı təmizlənərək yapışdırıcı material tökülmüşdür. Hazırda yola birinci qat asfalt örtüyü vurulur. 

Sentyabrın 6-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sözügedən ərazidə olub, yolda görülmüş işlərlə tanış olub. Rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını qeyd edərək aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Qazaxlılar, rayon sakinləri son illər ölkə başçısının rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı quruculuq işlərinin aparılmasını razılıq hissi ilə qarşılayır, bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.






Facebook-da paylaş