“İşıqlı, nurlu sabah”
Qazax rayon Heydər Əliyev Mərkəzi və Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin tədbirlər planına əsasən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar tədbir keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən “İşıqlı, nurlu sabah” başlıqlı tədbirdə Qazax şəhər 1 saylı tam orta məktəbin I sinif şagirdləri və valideynlər iştirak edibər.
İlk olaraq şagirdlərə Həmrəylik Gününün tarixi və ulu öndər Heydər Əliyevin bu bayramın təsis edilməsində göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edən “Heydər Əliyev və Həmrəylik Günü” mövzusunda mühazirə oxunub.
Sonra “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür” adlı film nümayiş etdirilib.
Bayram şənliyində yüksək əhval-ruhiyyə ilə iştirak edən şagirdlər şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər. Kiçik bayram süfrəsi ətrafında tədbir sona çatıb.
Sonda sinif müəllimi Lamiyə Xasməmmədova və valideynlər tədbirdən çox razı qaldıqlarını bildirib, belə tədbirlərin tez-tez keçirilməsini arzu ediblər.

GOYEZEN.AZ
Facebook-da paylaş