• Təqvim

  • Maraq



Qazaxda 1695 aztəminatlı ailəyə bayram sovqatları paylanılıb

Qazaxda 1695 aztəminatlı ailəyə bayram sovqatları paylanılıb
Heydər Əliyev Fondu tərəfindən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə aztəminatlı ailələrə bayram sovqatları paylanılır.

Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə respublika üzrə Ünvanlı Sosial Yardım alan bütün ailələri əhatə edir.

Heydər Əliyev Fondunun müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları dekabrın 25-dən Qazax rayonunda 1695 ünvanlı sosial yardım alan aztəminatlı ailələrə paylanılıb.

Tədbirdə rayon İcra Hakimiyyətinin, Nazirliyin və Sosial Fondun nümayəndələri iştirak ediblər.


Facebook-da paylaş