• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: “Biz, qazaxlı ziyalılar Sizə minnətdarıq ki, Ulu Öndərin yolunu davam etdirərək təhsil sahəsinin inkişafı naminə təqdirəlayiq işlər görürsünüz”


Ramiz Mansurovdan, 

Cənab Prezident,

“Təhsil millətin gələcəyidir!” söyləyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə yürütdüyü siyasətdə təhsil sahəsinə xüsusi önəm vermiş, bu sahədə çalışan insanların əməyini daim yüksək qiymətləndirmişdir.

Biz, qazaxlı ziyalılar Sizə minnətdarıq ki, Ulu Öndərin yolunu davam etdirərək təhsil sahəsinin inkişafı naminə təqdirəlayiq işlər görürsünüz. Siz və xanım Mehriban Əliyeva tərəfindən nəinki paytaxt Bakıda, eləcə də respublikamızın bütün bölgələrində yeni təhsil ocaqlarının açılması, məktəblərin inşa olunması təhsil sisteminin inkişafı naminə gördüyünüz misilsiz işlərdir.

Hörmətli Prezident, 

Sizin və Mehriban xanımın təhsil sahəsinə göstərdiyiniz qayğının nəticəsi olaraq biz qazaxlılara hədiyyə etdiyiniz Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi söylədiklərimizin bariz nümunəsidir və bu, olduqca qürurvericidir. Tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasının ADA Universitetinin rektoru Hafiz Paşayevin təşəbbüsü ilə “Bir müəllimin manifesti” layihəsi çərçivəsində bərpa edilməsi, həmin binada bu gün Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzinin fəaliyyət göstərməsi Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir.

Möhtərəm Prezident,

Sizin 2023-cü il avqustun 7-də Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olmağınız, bu ali təhsil ocağında təhsilimizin inkişafı naminə görülmüş işlərlə şəxsən maraqlanmağınız biz qazaxlı ziyalıları çox qürurlandırdı. Həmin günü bu gün də minnətdarlıq hissi ilə xatırlayırıq.

Hörmətli Prezident, ölkəmizdə təhsil sahəsinə, təhsil işçilərinə göstərdiyiniz yüksək dövlət qayğısına görə qazaxlı ziyalılar və rayon ictimaiyyəti adından Sizə dərin minnətdarlığımızı bildiririk. Uca Tanrı Sizi və ailənizi qorusun, müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə gördüyünüz bütün işlərdə hər zaman yardımçınız olsun!

Hörmətlə,

Mansurov Ramiz Dursun oğlu,

Qazax Rayon Ağsaqqallar Şurasının sədri

Azərbaycan Respublikası, Qazax şəhəri.

9 sentyabr 2025-ci il

https://president.az/az/articles/view/70036



Facebook-da paylaş