• Təqvim

  • Maraq



Millət vəkilləri və Türk Dövlətlərinin səfirləri Qazaxda səfərdə olublar YENİLƏNƏCƏK


Aprelin 16-da Azərbaycan Respublikasının Milli Məclisinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Məclis üzvləri və Türk Dövlətlərinin ölkəmizdəki səfirlərinin iştirakı ilə “Bizim ailəmiz Türk dünyasıdır” mövzusunda tədbir keçirilib. 

Tədbir öncəsi, aprelin 15-də Qazax rayonunda səfərdə olan qonaqlar Qazax Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə görüşüb, rayonun görməli yerləri ilə tanış olublar.

Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer, Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin diplomatı Bahrom Qaipov, Milli Məclisin əməkdaşları Amil Qurbanov və Lalə Babayeva iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə olan görüş


Ümummilli Lider Heydər Əliyevin abidəsini və adını daşıyan Mərkəzi ziyarət

“Qarabağ Azərbaycandır!” Abidə Kompleksini və Şəhidlər xiyabanını ziyarət

"Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rayonun Daş Salahlı kəndində yerləşən Damcılı filialı ilə tanışlıq

“Arkoz Qazax Sement zavodu” MMC ilə tanışlıq

Qazax “Cümə” Məscidi ilə tanışlıq

Fəxri Qazaxlılar parkı ilə tanışlıq

Ədəbiyyat Muzeyi ilə tanışlıq

Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq

“Saloğlu” Fərdi Firmasının “Venzana” mebel fabriki ilə tanışlıq



Facebook-da paylaş