• Təqvim

  • Maraq



Qazaxda “Bizim ailəmiz Türk dünyasıdır” mövzusunda tədbir keçirilib YENİLƏNƏCƏK


Aprelin 16-da Azərbaycan Respublikasının Milli Məclisinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Məclis üzvləri və Türk Dövlətlərinin ölkəmizdəki səfirlərinin iştirakı ilə “Bizim ailəmiz Türk dünyasıdır” mövzusunda tədbir keçirilib. 

Qazax Müəllimlər Seminariyası/ADA Universitetinin Qazax Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer, Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin diplomatı Bahrom Qaipov, Milli Məclisin əməkdaşları Amil Qurbanov və Lalə Babayeva, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Yüksək Təhsil İnstitutunun direktoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Anar Eminov, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, idarə, müəssisə rəhbərləri, ziyalılar, təqaüddə olan müəllimlər, təhsil işçiləri, Qazax Müəllimlər Seminariyası/ADA Universitetinin Qazax Mərkəzinin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının professor-müəllim heyəti, tələbələri, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, KİV nümayəndələri iştirak ediblər.



Facebook-da paylaş