Rayonumuzu tanıyaq
Qazax rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qazax şəhəridir.
Tarixi
Qədim insan məskəni
Coğrafi mövqeyi
Relyefi
İqlimi
İri yaşayış məntəqələri
Etimologiya
Tanınmış soyları
Tarixi
Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir. Ehtimallara görə Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar "Kasak" (Kasaq) kimi ərəb tarixçisi əl – Kufi (IX əsr) də məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir. Lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI-XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118-20–ci illərdə gürcü çarı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Türkdilli əhali sayca çoxluq təşkil etdiyi üçün Şərqi Gürcüstan XI-XIII əsr gürcü mənbələrində Didi Turkoba (Böyük türk obası) adlanırdı. Görünür, həmin türkdilli qıpçaqların əksəriyyəti qazaxlar olmuşlar. Bunu Azərbaycanın şimalında və Gürcüstan, Ermənistan ərazilərində yayılmış qazax etnik birliyinə aid etnotoponimlər də sübut edir.
XV əsrin sonlarında Qazax sultanlığı yaradılmışdır. Səfəvilər dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi.
Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər. Qazax sultanlığına 3 nəsil rəhbərlik etmişdir. 1-ci nəslə "Qazaxlı" və ya "Alqazaxlı" deyilən Şıxlinskilər aiddir.
Osmanlı sultanı III Əhmədin (1703-1730) dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə səfəvilər yenidən Qazaxı geri alarkən "Qazaxlı" tayfasını rəhbərlikdən azad etmiş, onların əvəzinə iranlı Sübhanverdi xan adlı sərkərdəni Qazaxa sultan təyin etmişlər. Bununla da II feodal sülaləsinə Sübhanverdi xan başçılıq etmişdir.
Həmin dövrdə Qazax sultanlığı hələ Qarabağ bəylərbəyliyinə tabe idi. 1736-cı ildə Nadir şah Muğanda özünü şah elan etdi. Lakin Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu onun hakimiyyətinə öz etirazını bildirdi. Bu səbəbdən Nadir şah taxta əyləşdikdən sonra Gəncə xanının nüfuzunu zəiflətmək üçün Qazax, Şəmşədil və Borçalı mahallarını Kaxetiya çarlığına verdi. Bundan sonra Kaxetiya çarı II İraklinin fərmanı ilə 1774-cü ildə Qazax sultanlığına rəhbərliyə Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah ağa rəhbər təyin edildi. Bununla III feodal sülaləsinin hakimiyyəti başladı.
1752-ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirildi, Şəki xanı Hacı Çələbinin vəfatından sonra yenidən II İraklinin vassallığına keçdi. 1801-ci ildə Qazax sultanlığı Qərbi Gürcüstanın təkibində Rusiyaya birləşdirildi. 1819-cu ildə sultanlıq ləğv edilərək distansiyaya çevrildi. 1867-ci il dekabrın 9-da Yelizavetpol quberniyasının tərkibində Qazax qəzasına çevrilmişdir. Qazax qəzası indiki Tovuz, Ağstafa, Qazax rayonlarını və sovet dövründə Ermənistana verilmiş keçmiş Azərbaycan torpaqları olan Dilican dərəsi və Göyçə gölünə qədər əraziləri əhatə edirdi.
1929-cu ildə Qazax qəzası ləğv olunmuşdur. 1930-cu il avqustun 8-də Qazax rayonu yaradılmış, 1939-cu il yanvarın 24-də bir hissəsi yeni yaradılan Ağstafa rayonuna verilmişdir. 1959-cu il dekabrın 4-də Ağstafa rayonu Qazax rayonundan ayrılmışdır. 1982-ci ildə Qazax rayonunun İncədərə yaylası, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin hissələri, 1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq otlaq əraziləri Ermənistan tərəfindən müxtəlif adlar altında zəbt edilmişdir.
Qarabağ müharibəsi dövründə Ermənistan Azərbaycanla həmsərhəd bütün bölgələrə hücum etmişdir. Bu bölgələrdən biri də Qazax rayonu idi. Ermənistan artıq 1990-cı ildə martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında Bağanıs Ayrım kəndinə hücum edərək kəndi işğal etmişlər. 1992-ci ilin aprel ayında isə ermənilər hücum edərək rayonun daha iki kəndini, Barxudarlı və Soflu kəndlərini işğal etdilər. Daha sonrakı illərdə ermənilər Qazaxın daha dörd kəndini işğal etdilər. İşğal olunan kəndlər Aşağı Əskipara, Xeyrımlı, Qızıl Hacılı, Yuxarı Əskipara kəndləridir.

Mağara-düşərgə Qazax rayonunun Daş Salahlı kəndindən Anaxatır çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Daş məmulatı 8000-dən çox olub. 550-dən çoxu alət, qalanı isə qəlpədir. Mağaradan ocaq külləri, kömür qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilir. Daş məmulatının hazırlanma texnikası, forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrü, Mezolit dövrü və Neolit dövrünə aiddir.
Gürcüstan ilə Qazax rayonu arasında Aveydağ yerləşir və C.Rüstəmovun arxeoloji axtarışları nəticəsində məlum olmuşdur ki, burada alban xristian məbədinin qalıqları vardır. Strabonun məlumatına görə, albanlar daha çox Aya sitayiş etmiş və İberiya sərhədində onların məbədi olmuşdur. Xristian məbədləri adətən əvvəlki bütpərəst məbədlərinin yerində yaradılırdı. "Aveydağ" sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada imiş.

Qazax rayonu Azərbaycanın şimal-qərbində, Gəncə-Qazax iqtisadi regionunda, Kür çökəkliyi fiziki-coğrafi vilayətində, Kür çayının qırağında yerləşir. Ərazisinin sahəsi 699 kvadrat kilometr, əhalisinin sayı 94710 nəfərdir. (01.01.2016-cı il tarixə) Əhalinin 21410 nəfəri şəhərdə, 73300 nəfəri isə kəndlərdə yaşayırlar. Rayon üzrə əhalinin sıxlığı (nəfər/1 km2) 135 nəfər düşür. Orta yaş həddi 32. Yaşı 100-dən çox olan Qazax sakinlərinin sayı 6 nəfərdir. Əhalinin 88999 nəfəri azərbaycanlılar, 177 nəfəri türklər, 100 nəfəri kürdlər, 46 nəfəri ruslar, 4 nəfər ermənilər, 51 nəfəri isə digər millətlərin nümayəndələri təşkil edir.
Şimal-qərbdən Gürcüstan Respublikası ilə, qərbdən və cənubdan Ermənistan Respublikası ilə məsafədə həmsərhəddir. Azərbaycanın ən qərbində yerləşən rayondur. Rayonun ərazisi şərqdən Ağstafa rayonuyla, Şimaldan Kür çayıyla və Kür çayı vasitəsilə Ağstafa rayonu ilə, şimal-qərbdən Gürcüstanın Sarvan (Marneuli) və Qarayazı (Qardabani) rayonlarıyla, qərbdən Ermənistanın Barana (Noyemberyan), cənubdan Karvansaray (İcevan) və cənub-şərqdən Şəmşəddin (Berd) rayonuyla qonşudur.

Səthi əsasən düzənlikdir. Cənub hissəsi alçaq dağlıqdır və dəniz səviyyəsindən 300-800 metr yüksəklikdə yerləşir. Şimalda Qarayazı çöllüyü və Ceyrançöl düzənliyi yerləşir. Rayonun mərkəzi hissəsindən Ağstafa çayı keçir, şimal-qərbdən İncəsu, qərbdən Coğaz və şimal sərhəddi boyunca Kür çayları axır. Rayonda Coğazçay, Ağstafaçay və Abbasbəylı su anbarları və Candargöl (Ağgöl) gölü yerləşir.
İqlimi
İqlimi mülayim qış və isti yayla xarakterizə olunur. Orta aylıq temperatur yanvarda 0-5°С, iyunda 22-27°С-dir. Qışı quraq keçir. İllik yağıntı 350-dir.
İri yaşayış məntəqələri
Yaşayış məntəqələri — 1 şəhər və 34 kənd/qəsəbə: Xanlıqlar, Ağköynək, Qarapapaq, Daş Salahlı, Çaylı, Kommuna, Ürkməzli, Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Dəmirçilər, Alpout, Hüseynbəyli, Canalı, Kosalar, Qazaxbəyli, Aslanbəyli, Qaymaqlı, Kəmərli, Birinci Şıxlı, İkinci Şıxlı, Aşağı Əskipara, Yuxan Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızıl Hacılı, Barxudarlı, Sofulu, Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli, Abbasbəyli.
Hal-hazırda Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızıl Hacılı, Barxudarlı, Sofulu kəndləri erməni işğalı altındadır.

Qazax sözünün açımıyla bağlı Azərbaycanda, Qazaxıstanda, Rusiyada bir çox görkəmli araşdırıcı alimlər həm bir-birinin üstünə düşən, həm də bir-birindən fərqli ideyalar irəli sürüblər. Azərbaycan türklərinin soykökünün yorulmaz tədqiqatçısı Mirəli Seyidovun "Azərbaycan" jurnalının 1981-ci il tarixli II sayında və "Azərbaycan xalqının soykökünü düşünərkən" adlı əsərində (1989. s.90-118) "Qazax" söz-adıyla bağlı elmi- nəzəri cəhətdən tutumlu araşdırması bu sahədə atılan mühüm addım kimi diqqəti cəlb edir. Mirəli Seyidov "Qazax" sözünün açımından bəhs edən təxminən yüzdən artıq mənbədən yararlanaraq fikrini aşağıdakı kimi ümumiləşdirir: "Qazax sözü 200 ildən çoxdur ki, araşdırıcıların diqqətindən yayınmır. Nə üçün bu müddətdə "Qazax" söz-adı araşdırıcılara təslim olmamışdır? Bunun deyəsən, bir səbəbi vardır. Araşdırıcılar söz-adın ilkin mənasında deyil, bizcə, onun sonradan qazandığı mənalara əhəmiyyət vermişlər" (s.90). Yəni bu sözün sonradan qazılmış "elindən ayrı düşmüş", "sərgərdan gəzən", "ucalıq", "sərhəd gözətçisi", "dəli atlı", "azad adam", "tabe olmayan", "yüksəklik" və s. mənaları "Qazax" sözünün ilkin, həqiqi mənasını çox mürəkkəb bir məcraya yönəldib. Mirəli Seyidov bu sözün Qazax xalqı, Don kazakları ilə oxşar adlılıq ilgisindən yan keçməyin mümkünsüz olduğuna diqqəti çəkib. O, XVIII əsr rus tədqiqatçıları N.Georgi, Y.O.Rozner, İ.V.Zasedelova və başqalarının "Don kazaklarının rus və tatar qarışığı görünüşləri var" kimi mülahizələrindən, rus knyazlarının poloveslər adlanan qıpçaqları hərbi yürüşlər zamanı icarəyə götürdükləri (s.100) haqqında tarixi həqiqətlərdən bəhs edib.
Mirəli Seyidov akademik Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə" əsərindəki "ərəb müəllifi Əl-Kufiyə görə, (IX əsr) 731/732-ci ildə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd hərbi qərargahını Kasalda (Kazaxda) yerləşdirdi. O, Kasaldan Daryal keçidi vasitəsilə xəzərlərin diyarına hücuma keçirdi" (s.110) kimi məlumata da diqqət yetirir. Əl Kufini məlumatı, Qazaxın tarixini 732-ci ildən hesab etmək cəhdi sonradan yanlış fikirlərin meydana gəlməsinə səbəb olub. Qazaxların və xəzərlərin etnik mənsubiyyəti nəzərə alınmayıb. Ərəblərin Kasalı (Qazaxı) işğal etdikləri tarix Qazaxın yaranması tarixi kimi qeyd edilib.
2007-ci ildə nəşr olunmuş "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti"ndə deyilir: "Qazax VII əsrdə meydana gəlmişdir. Bu toponim özündə qıpçaq mənşəli
Qazax etnik birliyinin adını əks etdirir. Qazaxlar buranın qədim sakinləridir. Ancaq qıpçaqların müəyyən hissəsi buraya sonralar da gəlmişdir" (s.45). Lüğətdə "Qazax" sözünün ilkin mənasının etnonimlə bağlı olduğunun göstərilməsi məqsədəuyğundur. "Qazax VII əsrdə meydana gəlmişdir" fikri isə ərəblərin Qazaxda hərbi qərargah qurması haqqında tarixi məlumatın təkrarıdır. Qazaxların birmənalı şəkildə qıpçaq etnik birliyinə daxil edilməsi mülahizəsində də mübahisə doğuracaq məqamlar vardır. Ona görə də tarixi-etnoqrafik mənbələrdə "Qazax" söz-adı ilə bağlı fikirlərə müraciət etməyi lazım bildik. Məlum olduğu kimi, bu sözün tərkibcə, kas/kaz, kas/xaz birləşmələrindən əmələ gəldiyini Azərbaycan alimləri ilə yanaşı, digərləri də təsdiqləyiblər. Qazaxıstan alimlərindən A.Əbdülrəhmanov "Qazax" sözünün kas/sak etnonimlərinin birləşməsindən əmələ gəldiyini və xalq adını ifadə etdiyini əsaslandırmağa diqqət yetirib. "Qazax" toponiminin etnodilçilik mövqeyindən tədqiqi bu sözün həqiqi mənşəyini öyrənməkdə başlıca amil olduğunu özünü göstərməkdədir.
Görkəmli dilçi Ə.Dəmirçizadə "Kaspi" etnotoponimindən bəhs edərkən göstərir ki, bu söz tayfa adını əks etdirir. Alim daha irəli gedərək Xəzər adı ilə Kaspi adı ilə eynilik olduğunu bildirir: "Kaspilər və xəzərlər, kalar və kas/xaz-lar eyni tayfadır. Bu adlardakı "pi", "ar" şəkilçiləri cəmlik bildirir" (Ön söz. 1968. s.29-30). Buradan aydın olur ki, Xəzər dənizinin dərinliyində tükənməz sərvətlər mövcud olduğu kimi, xəzərlər də Azərbaycan türklərinin təşəkkülündə fəal iştirak etmiş türk etnoslarından biridir. Əsrlərin dolanbaclarında itib-batmaq zorunda qalan xəzər tayfa birliyinin izlərini bu gün Bütöv Azərbaycanda daha çox rast gəlmək mümkündür. Belə izlərdən biri də "Qazax" söz-adı ilə bağlıdır.

Tarixçi Rəşid bəy İsmayılov 1923-cü ildə nəşr edilmiş "Azərbaycan tarixi" əsərində yazır: "Xəzər tayfasının əxlafı olan Qazax türkləri Qafqaz dağlarının cənub vadilərində yurd salmışdılar" (s.17). Türkiyəli alim M.F.Lırzıoğlu Qazax və Borçalıdan bəhs edərkən göstərir ki, bu iki xalq Kuman-Xəzər uruğundan sayılırlar. Ərəb tarixçisi İbn Xordadbeh IX əsrdə "Arran, Sizran, Əs-Sisakan vilayətlərini "Xəzərlər ölkəsi" kimi tanıdıqlarını qeyd edib ("Azərbaycan VII-IX əsrlərdə", s.173). Eradan əvvəl 331-ci ildə İsgəndərin III Daranın ordusunu Qavqamel döyüşündə məğlub etməsindən bəhs edən mənbədə Cənubi Azərbaycanın skif (isgid), sakasin və Kaspiana (Xəzər) torpaqları haqqında məlumat verilir. Tarixçi Herodotun yazdığına görə, eradan əvvəl IX-VII əsrlərdə isgid tayfalarının güclü dalğası olan saklar qədim Qafqazın, Azərbaycan ərazisinin sakinləri idilər.
Tədqiqatçı müəllim Ayaz Əhmədov yazır ki, Ön Asiyada, Urmiya ətrafında yaşadıqları dövrdə subi (sabir), suvar adıyla tanınan tayfalar Midiya dövründə sak (şişpapaq sak) adlanan kaspilər (xəzərlər) Şimali Qafqaza və Orta Asiyaya köçməmişdən əvvəl Cənubi Qafqazda və Cənubi Azərbaycanda məskunlaşmışlar. 1728-ci ildə tərtib edilmiş "Dəftəri müfəssəli əyaləti Tiflis"də Qazaxın dörd nahiyəyə: "İncu", "Ağstav", "Türk" və "Suvar" nahiyyələrinə bölündüyü qeyd olunub. Deməli, Suvar (sabir) etnonimi XVIII əsrə qədər öz varlığını hifz etmiş və tariximizin təkzibedilməz şahidinə çevrilib. Bu şahidlik sak etnoniminin Qazax söz-adı ilə əlaqəsi haqqında ehtimalları gücləndirir.
Tarixi mənbələrdə eradan əvvəl sak, skif (isgid), işğuz (oğuz), hun, xəzər, kaspi, qıpçaq, nəhayət, poloves adlanan türk tayfaları müxtəlif adlar danışasalar da bir-birilə qırılmaz tellərlə bağlı oub, bir vəhdət təşkil ediblər. Bu tayfalarla bağlı araşdırmaları nəzərdən keçirdikdə olduqca düşündürücü faktlar diqqəti cəlb edir.
Görkəmli etnoqraf Qiyasəddin Qeybullayev yazır: "Saklar (skif tayfaları) miladdan qabaq VII əsrdə Cənubi Qafqazda çarlıq yaratmışlar. Çarlığın mərkəzi indiki Gəncə bölgəsini əhatə edən Sakasena idi. Bibliyada Sakasena Aşkenaz (işquz-oğuz-Ə.F) adı ilə qeyd olunmuşdur.
Türklük, milli kimlik düşüncəsinin öndərlərindən olan Oljas Süleymenovun "Az i Ya"(1975) əsərində şumer-türk dilləri arasında ilişgilərin ortaya çıxarılması etnodilçilik tarixində yeni mərhələnin başlanğıcı kimi türkologiyada sonsuz canlanmaya səbəb olub. İkiçayarası (Dəclə və Fərat) ərazidə Mesopotomiyada meydana gələn Şumer-türk dil və adət-ənənə ilişgiləri türk tayfalarının Altaylardan köç etməsi haqqında Avropa, rus, fars və başqa tarixçilərin üç əsrə yaxın bir müddətdə kök salmış "nəzəriyyələrini" kökündən sarsıdıb. Nəticədə "Eradan əvvəl Azərbaycanda, bütövlükdə Ön Asiyada konkret soy adından asılı olmayaraq türklərin məskun olması artıq heç bir şübhə doğurmur" fikrinin doğulmasına zəmin yaradıb.
Antropoloq alim Kərəm Məmmədov tədqiqat nəticəsində müəyyənləşdirib ki, Azərbaycan bütün türklər üçün filtrasiya məkanı olub: "Türk irqi dünyaya
Azərbaycandan yayılıb. Sibirin dərinliklərinə qədər gedib çatıb". Alim fikrini Azərbaycan dilində tələffüz zamanı "y" səsindən daha çox istifadə edilməsini qıpçaq deyimi, sözlərin sonunda "gəleyəm", gedeyəm" deyilməsini bulqar, "gələcəyəm", "gedəcəyim"i isə oğuz tələffüzü kimi səciyyələndirir. Göstərilən mənbələr Qazax etnotoponiminin mənşəyinin araşdırılmasında ümumtürk tarixinə istinad edilməsinin başlıca amil olduğunu ortaya qoyur.
Vaxtıyla pantürkist xofunun təsiri altında Qazax etnotoponiminin, türklük tarixini, etnolinqvistika həqiqətini nəzərə almadan tədqiq olunması bir sıra subyektiv mülahizələrin meydana gəlməsilə nəticələnib. "Azərbaycanın coğrafi adları" (1972. s.67) kitabında deyilir: "Qazax-xalq adıdır. Qazaxlılar Azərbaycana XI əsrdə köçmüşlər. Gürcüstana etdikləri hərbi xidmətə görə onlar Qazax mahalında (qəzasında) yerləşdirilmişlər". Sovet tarixşünaslığının Azərbaycan xalqına qərəzli münasibəti tam çılpaqlığıyla bu cümlələrdə öz əksini tapır. Digər elm sahələrində də buna bənzər, yanlış, milli dövlətçiliyimizə, mənəviyyatımıza yadlığı ilə seçilən mülahizərələ rast gəlmək olur. Gürcü çarı II Georginin XI əsrdə Qazaxları Şimali Qafqazdan dəvət edərək Şərqi Gürcüstanda yerləşdirməsi haqqında fikir də həqiqətə uyğun deyildir.
Tarixçi-qorqudşünas alim Hüseynqulu Məmmədov "Dədəm Qorqud keçən yerdi bu yerlər" əsərində polyak alimi İ. Şopenə əsaslanaraq qeyd olunan fikirləri təkzib edir. İvan Şopen göstərib ki, II Georgi ona yaxından kömək etdiklərinə görə Şimali Qafqazdan deyil, Qazax əyalətindən 1451 ailənin Gürcüstanda yerləşdirilməsinə nail olub. İ. Şopen 480 Qarapapaq, 98 Qafarlı, 12 Qarabağlı, 12 Əli Şərurlu və s. adlı ailəni Qərbi Gürcüstana dəvət edildiyini də yazıb. Beləliklə, tarixi-etnoqrafik və dilçilik elmlərinə dair mənbələrə əsaslanaraq zamanın müxtəlif dönəmlərində boy verib, parlamış eyni köklü türk tayfalarının etnik-genetik varisi olan qıçaq-oğuz mənşəli qazaxların ərəb işğalından minillər qabaq Cənubi Qafqazın daimi sakinləri olduqlarına şübhə yeri qalmayıb.

Azərbaycan dilinin dialekt və şivələrində, folklor örnəklərində oğuz-qıpçaq tayfalarının dil xüsusiyyətləri üst-üstə düşdüyü üçün türkoloqlar Tofiq Hacıyev və Kamil Vəliyev "Azərbaycan dil tarixi" (1983. s.36) əsərində "oğuz-qıpçaq dilləri" ifadəsini işlətməyi lazım bilməyib, "oğuz-qıpçaq dili" ifadəsini daha düzgün sayıblar. Bu mülahizə və aşağıda qeyd edəcəyimiz digər mənbələr "Azərbaycan toponimləri ensiklopedik lüğəti"ndə işlənən "qıpçaq mənşəli Qazax etnik birliyi" ifadəsinin özünü tam şəkildə doğrultmadığını göstərir. Çünki 50 milyonluq Azərbaycan türkü kimi Aran və Dağlıq Qazax da eyni soylu, eyni köklü türk tayfalarının daimi və əzəli məskəni olub.
Tarixşünaslıqda türk tayfa birlikləri birinci minilliyə qədər daha çox hun adı ilə tanınıblar. Romalı Yevseniy İveroni IV əsrdə şahidi olduğu bir hadisə haqqında yazır ki, "bütün Şərq, Qafqaz hunların hücumundan dəhşətə gəldi. Onlar İsgəndər bəndini aşaraq sasaniləri və bizansları öz təsirləri altına aldılar, Sonra Suriyanı, Misiri, Finikiyanı, Fələstini çalıb-çapıb Dərbənddən keçərək yenidən Abşerona, öz yerlərinə, Xəzər sahillərinə gəldilər. Bu tarixi məlumat Azərbaycanın hun, qıpçaq, xəzərlərin və başqa türk tayfalarının məskəni olduğunu bir daha təsdiqləməkdədir. Eyni zamanda "xəzər" sözünün "Kazar" şəklində ifadə edildiyi və "kassar" kimi tələffüz olunduğuna dair bilgilər də məlumdur. Belə mülahizələr Qazax sözünün mənşəcə daha qədim köklərə malik olduğunu göstərir.
Xəzər dənizinin Quzğun dənizi adı ilə məlum olduğun da tarixşünaslıqda qeyd olunub. Bu sözün ilk mənasının etimoloji cəhətdən quz-qun tərkibindən ibarət olduğu (quz-oğuz, qun-hun) diqqəti cəlb edir. Ə.Dəmirçizadə və şərqşünas V.V.Bartold qaz/kas hissəciklərini nəzərdə tutaraq Qafqaz etnotoponiminin də türk mənşəli olduğu fikrini irəli sürüblər. Beləliklə, quz/qun, qaz/kas, kas/xaz-ın eyni sözün fonetik parçaları olduğu ideyası özünü daha çox doğruldur. Bu toponim hissəsiciklərinin özəyində isə "oğuz" etnonimi dayanır. Deməli, ən qədim türk etnosu oğuz digər tayfaların yaranmasında ulu başlanğıc olub.
Buradan aydın olur ki, türk tayfaları Azərbaycanda bir vəhdət təşkil ediblər. Odur ki, yalnız qıpçaq, yaxud yalnız oğuz mənşəli türklərdən şərti mənada söhbət açmaq mümkün ola bilər. Buna görə də Azərbaycan türklərinin təşəkkülündə islama qədərki dövrdə əsas rol oynayan hun-qıpçaq tayfa birlikləri kimi, islamı ilk dəfə qəbul etmiş oğuz tayfaları da bizim üçün ulu əcdad olaraq, qürur mənbəyidir. Birinci minillikdə Şimali Azərbaycanda xristianlığın yayılmasına qarşı ciddi müqafimət göstərən, əslində buna imkan verməyən, sasanilərin farslaşdırma siyasətini puça çıxaran Ön Asiyada, Qafqazlarda türklüyün himayəçisi rolunu davamlı olaraq yerinə yetirmiş hun-qıpçaq, hun-oğuz xəzərlər (kasinlər) də ulu əcdad kultunu yerinə yetiriblər. Tarix boyu Daryal və Dərbənd keçidləri Qafqazın Şimalı ilə Cənubunu birləşdirən ümid körpüləri rolunu oynayıb. Şimali və Cənubi Azərbaycan türkləri ilə eyni soydan olan xəzərlər ərəb işğalına qarşı əsrlərlə müharibələr aparıb, özlərinin türk varlıqlarını şərəflə qoruyublar. Onlar 730/31-ci illərdə ərəblərə qarşı 300 minlik qoşun çıxarıb, onları Diyarbəkrə, Mosula qədər təqib ediblər.
Professor Nizami Cəfərov Azərbaycanda məskunlaşmış savir, bulqar, xəzər türklərindən bəhs edərkən yazır: "Görünür, IX əsrdəki məşhur Babək hərəkatında həmin türklər də bu və ya digər dərəcədə rol oynamışlar" (Azərbaycanşünaslığın əsasları, s.101, B.2002). Döyüşkən, mərd və qürurlu xəzərlər min ildən artıq bir dövrdə rusları Volqanın aşağılarına, Qara dəniz və Xəzər dənizi arasındakı torpaqlara buraxmayıblar. Bununla da türk-islam dünyasına əvəzsiz xidmət göstəriblər. Xəzər padşahı Yusifin bir məktubunda deyilir ki, "mən rusları gəmilərə minib İsmayıl övladının üstünə getməyə qoymuram... Mən onlarla müharibə edirəm. Əgər mən onları bir saat (rahat) buraxsam, onlar bütün İsmayıl övladını Bağdada qədər məhv edərlər (Z.Bünyadov "Azərbaycan VII-IX əsrlərdə",s.113). Ziya Bünyadovun xəzərlər haqqında verdiyi bu məlumat xəzərlərə yeni münasibətin başlanğıcı kimi qəbul edilə bilər.
Son dövrdə ulu əcdadlarımız haqqında həqiqətlərin olduğu kimi təqdim edilməsinə meyl özünü daha çox büruzə verir. Tədqiqatçı Nizami Məmmədovun serb yazıçısı
Milorad Paviçin XX əsrin 80-ci illərində yazdığı "Xəzər sözlüyü" romanına dair mülahizəoləri bu münasibətin bariz ifadəsi kimi diqqəti cəlb edir. Milorad Paviçin möhtəşəm əsərində bəşər tarixində mühüm rol oynamış və tarix səhnəsində unudulmaqda olan xəzər türklərinə dərin məhəbbət və sayğısını ifadə edib. Müəllifə görə, roman lüğət (sözlük) deyil və bədii-publisistik məzmun da daşımır. Roman əslində tarixi mənbələrə əsaslanan mühüm sənəddir. Nizami Məmmədov yazır: "Milorad Raviçin özünün və digər xalqların nəslində xəzər möhürü axtarır və sən də bundan qürur duyursan. Bir sözlə, Milorad Paviç "Xəzər sözlüyü" romanı ilə sanki türk unutqanlığına ciddi eyhamlar vurur". Bu fikir bizi tarixi keçmişimiz haqqında diqqətli olmağa, onu yenidən daha dərindən öyrənməyə səsləyir.
Qazax etnotoponiminin həqiqi mənşəyinin kökündə digər türk tayfalarıyla bərabər, xəzər möhürünün də mövcud olduğunu etiraf etmək lazımdır. Avropalı serb oğlu Milorad Paviç öz nəslinin kökündə "xəzər möhürü" axtarırsa, Azərbaycan türklərinin təşəkkülündə "Türk tayfalarının oğuz-qıpçaq qrupuna mənsub olan" xəzərlərin də iştirak etdiyindən qürur hissiylə danışmaqdan nəyə görə çəkinməliyik?
Qırmızı imperiya dövründə bolşevik-daşnak ideologiyasının keşiyində dayanan, xristianlığa xidmət edən Azərbaycan tarixşünaslığında saxta və zərərli "nəzəriyyələr", "konsepsiyalar" toxuyan bəzi qeyri-milli tarixçilərə "Xəzər sözlüyü" romanı, zənnimcə, ən tutarlı cavab kimi qiymətləndirilə bilər. Bu möhtəşəm əsər türk kimliyimizin etnomədəni səviyyəsinin daha dərindən dərk olunmasına mühüm töhfələrdən biridir. Türk irqinin Azərbaycandan dünyaya yayıldığı haqqında həqiqəti bir daha təsdiqləyən tarixi-publisistik mənbədir. Məhz belə mənbələr Qazax etnotoponiminin mənşəyinə dair həqiqətin ortaya çıxmasına zəmin yaradıb.
Tarix səhnəsindən silinib getmiş bir türk qövmü (xalqı) haqqında Xəzər etnomədəni vahidi vasitəsiylə xeyli məlumat əldə etdiyimiz kimi, beş minillik şumer-türk ilişgilərindən üzü bəri sak, hun, isgid, işquz (oğuz), kaspi (xəzər), qıpçaq və başqa adlı, eyni soylu türk tayfalarının etnik varisliyi haqqını yaşadan kas/sak tərkibli Qazax söz-adının həqiqi mənşəyini dərk etməyimiz tam dolğunluğuyla üzə çıxıb.

• Seyidovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Hacı Mahmud Əfəndinin nəslindəndirlər. Qazax rayonunun Aslanbəyli kəndinə mənsub Şeyx nəsli və ziyalı nəsildir. Soyun 2 qolu var: Molla Seyid törəmələri və Hacı Mahmud Əfəndi törəmələri. Molla Seyidin törəmələri Azərbaycanda yaşayırlar və Molla Seyidlilər kimi tanınırlar. Bir çox ziyalıları, Müxtəlif sahələrdə nüfuz qazanmış nümayəndələri ilə tanınırlar. Hacı Mahmud Əfəndinin törəmələri isə əksəriyyəti Türkiyədə, digərləri isə Azərbaycanda yaşayırlar. Türkiyədə yaşayanların böyük qismi Amasya ilində və Amasya şəhərində yaşayırlar. Onların arasında Türkiyə Böyük Millət
Məclisinin keçmiş deputatları, bir çox ziyalılar, İlahiyyat alimləri və müxtəlif sahələrdə nüfuz qazanmış şəxslərdə var. Bu nəsil Professor, Fəlsəfə doktoru, Elmlər namizədi elmi dərəcələrini almış bir çox ziyalı nümayəndələri, idmançı və pəhləvanları, igid və qəhrəman oğulları ilə tanınmışdır. Qaranilər soyunun davamçı nəsillərindən biridir. Qaranilər Osman Türk mənşəli Yəmən tayfalarından biridir (VI əsr). Qaranilər soyunun qədim kökü Məhəmməd Peyğəmbər dövründə yaşamış, Yəmənli və Osman Türk əsilli birMüsəlman, Övliya, mistik və Filosof olan Veysəl Qaraninin soyundan (Qaranilər) gəlir.
• Vəkilovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax qəzasının Yuxarı Salahlı kəndinə mənsub bəy nəslidir. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur.
• Şıxlinskilər — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax qəzasının Şıxlı kəndinə mənsub bəy nəslidir. Şıxlınskilər öz soyadlarını Şıxı ağadan alıblar. Bu soy iki qola ayrılırdı. Şıxlinskilər və Alqazaxlar. Alqazax Şıxliniskilər nəsilinin qədim soyadıdır.
• Dilbazilər — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax qəzasının Xanlıqlar (Musaköy) kəndinə mənsub bəy nəslidir. Dilbazilər soyadı Nadir şahla bağlıdır. Bu söz Molla Alıya deyilib: əcəb dilbaz əst. Mənası: "əcəb ürəkli adamdır". Dilbazoğulları sırf türk əsilli olmaqla, mənşələri Qaray/Qaraylı/Qaraman adı ilə tarixi qaynaqlarda qeyd olunan, XVI yüzilin sonlarında Səfəvi-Osmanlı müharibəsinin başlanmasına qədər Qazax bölgəsində böyük kütlə halında yaşamış çoxsaylı tayfa ilə bağlanır. Soykökün keçmişi ilə bağlı rəvayətlərə söykənsək, onların öncəki adı Xanoğulları olmuşdur. Dilbazilər onlara XVIII yüzilin birinci yarısında verilmiş addır.
• Qayıbovlar (II) — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax rayonunun Aşağı Salahlı kəndinə mənsub bəy nəsildir.
• Qiyasbəylilər — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax rayonunun Kəmərli kəndinə mənsub bəy nəsildir.
• Əfəndiyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax rayonuna mənsub nəslidir.
• Miralayevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax rayonunun Daş Salahlı kəndinə mənsub bəy nəsildir.
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Qazax rayonunda 8 iri və orta müəssisə, 13 tibb müəssisəsi, 110 mədəniyyət ocağı, 47 orta ümumtəhsil məktəbi, 31 məktəbəqədər uşaq müəssisəsi, 2 texniki, orta ixtisas və peşə məktəbi, 1 ali təhsil müəssisəsi fəaliyyət göstərir.
Maddi-mədəni irsi
Qazax rayonunda dünya, ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə var. Onlardan 54-ü arxeoloji, 46-sı memarlıq, 7-si monumental-tarixi abidə, 5-i dekorativ-tətbiqi incəsənt abidəsidir.
Rayonun məşhur abidələri aşağıdakılardır:
1. Səməd Vurğunun Poeziya Evi — Yuxarı Salahlı kəndində yerləşir. 17 noyabr 1976-cı ildə şairin anadan olmasının 70 illiyi ilə əlaqədar açılmışdır.
2. Tarix-Diyarşünaslıq muzeyi — 1984-cü ildə yaradılmışdır.
3. Qazax Dövlət Rəsm Qalereyası — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 13 fevral 1986-cı il tarixli əmrinə əsasən yaradılmışdır.
4. Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyi — 1970-ci ildə M.P.Vaqifin xatirə muzeyi kimi yaradılmışdır.
5. Qazax Müəllimlər Seminariyasının binası — 1910-cu ildə inşa edilmişdir.
6. Damcılı mağarası — Daş Salahlı kəndində Avey dağının cənub-şərqində yerləşir. Sahəsi 360 kvadrat kilometrdir. Mağarada aparılan qazıntılar zamanı orta və üst paleolitə, mezolit və neolitə, tunc və orta əsrlərə aid materiallar tapılmışdır. Qazıntılar zamanı 8 mindən artıq arxeoloji materiallar tapılıb. Damcılı mağara düşərgəsi dünya əhəmiyyətli abidələr sırasına daxildir.
7. Hacı Mahmud Əfəndi türbəsi (Göy türbə) — Qazax rayonunda Aslanbəyli kəndindədir. 1896-cı ildə inşa edilmişdir. Yerli Əhəmiyyətli Tarixi Abidədir.
8. Hacı Mahmud əfəndinin yaşayış evi və müsafirxanası — yaşayış evi və müsafirxana. Hacı Mahmud əfəndinin yaşayış evi Aslanbəyli kəndinin qərb qurtaracağında yerləşir. Bu ev qonşuluqdakı müsafirxana (qonaq evi) və məscid ilə birlikdə vahid bir kompleks təşkil edir. Yerli daşdan tikilən bina XIX yüzilliyin imkanlı kənd sakinlərin mülkləri üçün səciyyəvi olan bir görkəmə malikdir.
9. Aslanbəyli məscidi. 1909 — Qazax rayonunun Aslanbəyli kəndində yerləşən məscid. Hacı Mahmud Əfəndinin xatirəsinə ucaldılan məscid onun adını daşıyır. Məsciddə yerli dindar və möminlər ibadət edirlər. Məscid yerli əhəmiyyətli abidələr siyahısına daxildir.
10. Kurqanlar (5 ədəd) (Tunc dövrü) — Aslanbəyli kəndinə gedən yolun sol tərəfində yerləşir. Ölkə əhəmiyyətli arxeoloji abidədir.
11. Hürmələk təpəsi — Qazax rayonunun Aslanbəyli kəndində yerləşən təpə, Ziyarətgah. Yuxarı Salahlı-Aslanbəyli yolunun qırağında bir təpə yerləşir. Bu təpə XIX əsrdə yaşamış Hürmələk nənənin adı ilə tanılır.
12. Sınıq Körpü — Qazax rayonunun İkinci Şıxlı kəndində Ehram (Xram) çayı üzərindədir. XII əsrdə inşa edilmiş bu körpü dörd aşırımlıdır.
13. Didevan dağı — Xanlıqlar kəndi ərazisində yerləşir. VI-VII əslərə aiddir. Müdafiə xarakterli bu abidə memarlıq nümunəsi kimi ölkə əhəmiyyətli abidələr siyahısına daxildir.
14. Baba Dərviş yaşayış məskəni — Dəmirçilər kəndi ərazisindədir. Baba Dərviş yaşayış məskənində dini abidə olan 3 türbə var.
15. Cümə məscidi — Qazax şəhərindədir. 1902-ci ildə Kəsəmənli Axund Hacı Zeynalabdin Məhəmmədəli oğlunun təşəbbüsü ilə tikilmişdir. Baş ustası mahir bənna Müzəffər Hüseynovdur.
16. Alban Avey məbədi — Avey dağının cənub zirvəsində 992,5 m yüksəklikdədir. Məbəd V-VI əsrlərə aiddir.
17. Şıxlı insan düşərgəsi — Birinci Şıxlı kəndinin yaxınlığında aşkar olunmuşdur. Aparılmış qazıntılar zamanı 1023 məmulat tapılmışdır. Burada Uzundərə, Çınqıltəpə, Acıtəpə mustye yaşayış məskənləri də aşkar edilmişdir.
18. Əskipara məbədi — Aşağı Əskipara kəndi ərazisndə yerləşən məbəd V-VIII əsrlərdə tikilmişdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunub ki, bu da məbədin albanlara məxsusluğunu sübut edir.
Görkəmli şəxsləri
• Hacı Mahmud Əfəndi (1835–1891) — Şeyx, məşhur din xadimi, şair, təsəvvüf alimi. Seyidovlar nəslinin Ulu babası Hacı Mahmud Əfəndidir
• Molla Pənah Vaqif (1717-1797) – görkəmli Azərbaycan şairi və ictimai xadim. Qarabağ xanının vəziri olmuşdur.
• Səməd Vurğun (1906-1956) – Azərbaycanın ilk xalq şairi.
• Mirzalı ağa Kosalı (Kosaoğlu) - XVI–XVII əsrlər. Qədim əsərlərdə ərəb əlifbasında "ı" hərfi olmadığına görə, bu soy ad Kosalu şəklində yazılmışdır.
• Vəkil Kazım ağa Mirzalı ağa oğlu Kosalı (Kosaoğlu)-XVII əsr. Vəkil-müəyyən inzibati vahiddə işləri idarə edən, diplomatik funksiyalara da malik olan şəxs.
• Vəkil Səfixan bəy Kərim ağa oğlu- XVIII əsr.
• Vəkil Məhəmməd Şərif ağa Molla Əhməd oğlu Kosalı (Kosaoğlu)-XVIII əsr.
• Vəkil Pənah bəy Məhəmməd Şərif ağa oğlu Kosalı (Kosaoğlu)- XVIII əsr.
• Vəkil Alı ağa- mayor – Pənay bəy oğlu Kosalı (Kosaoğlu)- XVIII-XIX əsrlər.
• Veys Qarani (Təqribi 1800 və ya 1805 təvəllüdlüdür) — Məşhur din xadimi, sufi şeyxi. Seyidovlar soyunun əcdadı Hacı Mahmud Əfəndinin atasıdır.
• Hüseyn Əfəndi Qayıbov – (1830-1917) Qafqaz müftisi, Qafqaz Ruhani İdarəsinin rəisi.
• Molla Seyid — (Təqribi 1835 və ya 1840 təvəllüdlüdür)—Bəy, Qazax rayonu və İncə dərəsi elində məşhur din xadimi, Aslanbəyli kəndində dükanı olan ilk tacir. Hacı Mahmud Əfəndinin əmisi oğludur. Seyidovlar soyunun Molla Seyidlilər qolunun əcdadıdır.
• Əhməd Əfəndi (din xadimi) (1875–1982)—Qazax rayonu, İncə dərəsi eli və Türkiyənin Amasiya şəhərində məşhur din xadimi. Seyidovlar soyundandır. Hacı
Mahmud Əfəndinin kiçik oğludur.
• Əliağa Şıxlinski – (1865-1943) artilleriya general-leytenantı, "Rus artilleriyasının Allahı" adı ilə məşhurdur.
• İbrahim ağa Vəkilov – (1853-1934) general, ilk azərbaycanlı hərbi topoqraf.
• İbrahim ağa Usubov – (1872-1920) genaral-mayor, diviziya komandiri.
• Cavad bəy Şıxlinski – (1876-1940) general-mayor, diviziya komandiri.
• Osman ağa Gülməmmədov – Üç dəfə Georgi xaçı kavaleri, polkovnik.
• Sayad Zeynalov – (1886-1942) "Müqəddəs Georgi" ordeninin 4-cü dərəcəsi ilə təltif edilmişdir.
• Fərrux ağa Qayıbov – (1889-1916) ilk azərbaycanlı hərbi təyyarəçi, ölümündən sonra 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif edilmişdir.
• Mirzə Xudadat bəy Vəkilovun ata yurdu–polkovnik. Əlimərdan bəy Topçubaşovun dayısı.
• Oktay Seyidov (1959 – 2003) Azərbaycan Respublikasının Gəncə şəhərinin və Goranboy, Tovuz, Culfa, Babək,Göygöl, Daşkəsən rayonlarının keçmiş Hərbi komissarı, Polkovnik-leytenant, Şair. Azərbaycanda ən gənc hərbi komissar olmuşdur.
• Mədət bəy Alinaqov- Salahlı bəylərindən, Səməd Vurğunun "Komsomol poemasında" Gəray bəy obrazının prototipi (prof. Mehdixan Vəkilovun xatirələri üzrə).
• Məmmədrza ağa Vəkilov – (1884-1944) ADR Parlamentinin üzvü, Bakıda ilk poliklinika xidmətinin təşkilatçısı.
• Mustafa bəy Vəkilov – ADR Parlamentinin üzvü, Daxili İşlər Naziri, Moskva Universiteti hüquq fakültəsinin məzunu, görkəmli siyasi xadim.
• Rəhim bəy Vəkilov – ADR Parlamentinin üzvü, görkəmli siyasi xadim.
• Məmməd ağa Vəkilov- ADR Parlamenti dəftərxanasının rəisi, Qori seminariyasının məzunu, türkoloq.
• Faris bəy Vəkilov – ADR-in Gürcüstanda diplomatik nümayəndəsi. İbrahim ağa Vəkilovun oğlu.
• Kamal Qarani — (1923 – 2008)—Türkiyə Böyük Millət Məclisinin deputatı, Cümhuriyyət Xalq Partiyasının üzvü, iş adamı, təsərrüfatçı. Seyidovlar soyundandır. Hacı Mahmud Əfəndinin nəvəsi, Məhəmməd Əfəndinin oğludur.
• Məşədi İbrahim bəy – xeyriyyəçi. 17 otaqdan ibarət mülkünü 1918-ci ildə Qazax Müəllimlər Seminariyasına bağışlamışdır.
• Çingiz ağa Dilbazov–(1857-1942) xeyriyyəçi. Qazax şəhər Poliklinikasının binasını tikdirmişdir.
• Qara Rüstəm Vəkilov- xeyriyəçi, cəsur və ədalətli insan.
• Molla Vəli Vidadi – (1707-1809) görkəmli Azərbaycan şairi.
• Əbdürrəhman ağa Dilbaz oğlu "Şair" – Azərbaycanın ilk istiqlal şairi. XVIII əsrin II yarısı, XIX əsrin əvvəllərində yaşamışdır.
• Hacı Rəhim ağa Dilbazov "Vəhidi" –Azərbaycan şairi (XIX əsr (1822-1874)
• Mustafa ağa Arif – şair.
• Kazım ağa Salik – (1781-1842) gökəmli Azərbaycan şairi. Molla Pənah Vaqif ənənələrini öz şerlərində yaşatmaqdır.
• Abbas ağa Nazir – (1849-1919) şair-tərcüməçi.
• Şahnigar ağa Rənçur – (1850-1890) sufi ruhlu şerlər yazıb.
• Hacı Kərim Sanılı – (1878-1938) şair-pedaqoq.
• Abdulla bəy Divanbəyoğlu – (1883-1936) yazıçı.
• Yəhya bəy Qazaği – (... - 1941) şair. Molla Vəli Vidadinin oğul, Molla Pənah Vaqifin qız nəvəsidir.
• Osman Sarıvəlli – (1905-1990) Azərbaycanın xalq şairi.
• Mehdi Hüseyn – (1909-1964) Azərbaycanın xalq yazıçısı. Görkəmli yazıçı-dramaturq, tənqidçi.
• Mirvarid Dilbazi – (1912-2001) Azərbaycanın xalq şairi (Qadın şairlər arasında Azərbaycanda ilk dəfə bu ada layiq görülmüşdür).
• Yaqut Dilbazi – (1912-2001) Azərbaycan yazıçısı * Maqsud Şeyxzadənin ata yurdu – yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri.
• Əlazan Baycan (Hacı Həsənzadə) – (1913-1989) şair-həkim. Almaniyanın Freyburq şəhərində şəxsi klinikası olmuşdur.
• İsmayıl Şıxlı – (1919-1995) Azərbaycanın xalq yazıçısı, alim-pedaqoq, ictimai-siyasi xadim.
• Vidadi Babanlı – şair, tərcüməçi.
• Yusif Səmədoğlu – (1935-1998) Azərbaycanın xalq yazıçısı. İlk çağırış Milli Məclisin üzvü olmuşdur.
• Vaqif Səmədoğlu – (1939) Azərbaycanın xalq şairi. Dramaturq-publisist. Milli Məclisin üzvü olmuşdur.
• Məmməd İlqar (1950) — şair.
• Akif Səməd (1959 – 2004) — şair,
• İbrahim İlyaslı (1963) - şair, Prezident təqaüdçüsü
• Zəminə Xınalı (d. 1964) — şairə, Əməkdar mədəniyyət işçisi, qadın hərbiçi.
• Mənsur Vəkilovun ata yurdu. Şair, "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru. Fəxri Vəkilovun oğlu.
• Veys Əfəndi — (Təqribi 1865 təvəllüdlüdür) — Türkiyənin savadlı və yüksək dərəcəli İlahiyyatçı alimi. Seyidovlarsoyundandır. Hacı Mahmud Əfəndinin böyük oğludur.
• Məhəmməd Əfəndi (1871 – 1961) — Türkiyənin tanınmış İlahiyyat alimi, Amasyada təsərrüfat sahibi. Seyidovlarsoyundandır. Hacı Mahmud Əfəndinin ortancıl oğludur.
• Mustafa ağa Vəkilov – Azərbaycanın ilk hüquq professoru, Sarbonna Universitetinin məzunu.
• Mehdixan Vəkilov (1902-1975) – görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Səməd Vurğunun böyük qardaşı.
• İlyas Abdullayev- akademik, bioloq, Azərbaycan SSR Ali Sovetinin sədri.
• Teymur Bünyadov – (1928) akademik, tarixçi-etnoqraf.
• Əhməd Seyidov (1892 – 1977) — alim, Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan pedaqogika tarixinin ilk tədqiqatçılarından biri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin keçmiş rektoru.
• Fuad Şıxıyevin ata yurdu – SSRİ miqyasında tanınmış hidrotexnik alim, professor. Maqsud Şeyxzadənin kiçik qardaşı.
• prof. Leyli Qalib qızı Vəkilova
• Fatma Vəkilova – (1912-1987) professor, geologiya-minerologiya elmləri doktoru.
• Şamil Vəkilov – görkəmli riyaziyyatçı alim, professor. Fatma xanım Vəkilovanın qardaşı.
• Əfrasiyab Vəkilov- görkəmli sovet türkoloqu, Leninqrad Universiteti, Şərqşünaslıq fakültəsi
• Zülfüqar Qayıbov – tanınmış pedaqoq, bioloq.
• Nazim Əfəndiyev (həkim) – (1926-1998) professor, Respublikanın əməkdar həkimi. Uzun müddət akademik Zərifə Əliyeva adına göz xəstəlikləri İnstitutunun direktoru işləmişdir.
• Rasim Əfəndiyev — professor, sənətşünaslıq doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2001). AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru.
• Fikrət Seyidov (1930 – 2011) — alim, pedaqoji elmlər doktoru, professor. Əhməd Seyidovun oğlu, Səməd Seyidovun əmisi.
• İsmayıl Osman oğlu Nəsibov — alim, kimya üzrə elmlər doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, 1994-cü ildən Nyu-York Elmlər Akademiyasının üzvü.
• Xəlil Həmid oğlu Yusifli (1935) — alim, Filologiya üzrə elmlər doktoru, Gəncə Dövlət Universitetinin professoru, Nizami Gəncəvi ədəbi irsinin davamçısı.
• Əhməd Vəliyev (1946) — alim, Odlar Yurdu Universitetinin rektoru, Azərbaycan Respublikası Milli Məclisinin III (2005-2010) və IV (2010-2015) çağırış deputatı, Fizika-riyaziyyat elmləri doktoru, professor. Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür.
• Qüdrət İsaqov (1950) — alim, fizika–riyaziyyat elmləri doktoru, professor, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Rusiyada nəşr olunan Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı baş redaktorunun müavini, Avropa Təbiət Elmləri Akademiyasının fəxri Rentgen medalı laureatı,
• Sabir Qayıbovun ata yurdu – görkəmli hüquqşünas alim. İsmət Qayıbovun böyük qardaşı.
• Məqsəd Qocamanov - (1960), BDU-nun kafedra müdiri, professor, geodeziya və kartoqrafiya sahəsi üzrə ilk və yeganə elmlər doktoru.
• Səməd Seyidov (1964) — Psixologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Milli Məclisinindeputatı. Əhməd Seyidovun nəvəsidir.
• Elçin Şıxlı – tanınmış jurnalist, "Ayna" qəzetinin redaktoru. AJB-nin sədri.
• Möhsün Poladov- uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri.
• Muxtar Hacıyev – (1876-1938) 1921-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin ilk sədri seçilmişdir.
• İsmət Qayıbovun ata yurdu – Azərbaycanın ilk Baş Prokuroru. Ədlliyyə general-moyoru. Sabir Qayıbovun kiçik qardaşı.
• Musa Qocayev – (1932-1993) yazıçı, uzun müddət Dövlət Təhlükəsizlik orqanlarında işləmişdir.
• Məmməd Namazov – Dövlət Maşınqayırma və Konversiya Komitəsinin Sədri. 1990-95-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı. Milli hərbi sənaye kompleksinin yaradıcılarından biri.
• Hacı Vəkilovun ata yurdu – SSRİ XİN-in Bolqarıstan, ABŞ, İsveçrədə fəaliyyət göstərən diplomatı. Diplomatlar İsrafil Vəkilov (Azərbaycan Respublikasının Misirdə səfiri (1994-2004) və Azad Vəkilovun atası.
• Cavanşir Vəkilovun ata yurdu – diplomat. Azərbaycan Respublikasının Təbrizdə ilk Baş Konsulu vəzifəsini icra edən.Mehdixan Vəkilovun oğlu.
• Nigar Şıxlinskaya – (1878-1931) ilk azərbaycanlı hərbi tibb bacısı.
• Nigar xanım Usubova – görkəmli musiqişünas-pianoçu, Konservatoriyanın prorektoru və professoru. Sergey Raxmaninovun dostu və məsləkdaşı məşhur professor, Moskva Konservatoriyasının rektoru, SSRİ xalq artisti, Stalin mükafatı laureatı Aleksandr Borisoviç Qoldenveyzerin tələbəsi. Əməkdar incəsənət xadimi. İbrahim ağa Usubovun qızı.
• Xədicə Qayıbova – (1893-1938) ilk azərbaycanlı pianoçu qadınlardan biri.
• Leyla Vəkilovanın ata yurdu – SSRİ Xalq Artisti.
• Əminə Dilbazi – (1919) baletmeyster. Azərbaycanın xalq artisti.
• Elmira Hüseynova – (1933-1995) heykəltəraş.
• Telman Nəbiyev- (1934-2012) Neftçi mühəndis.
• Zəkəriyyə Mehman (1938 – 1999) — Azərbaycanın məşhur yaradıcı aşığı.
• Ədalət Nəsibov – (1939) saz ustası, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü.
• Aşıq Kərəm İncəli (1945 – 1997) — Məşhur Azərbaycan aşığı, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Qazax Aşıqlar Birliyinin sədri olub.
• Süleyman bəy Qayıbov- görkəmli pedaqoq.
• Əhməd ağa Mustafayev- Azərbaycanın görkəmli pedaqqoqu, maarif fədaisi.
• Badisəba xanım Vəkilova – görkəmli maarif xadimi, qadın təhsilinin təşkilatçısı, Firidun bəy Köçərlinin xanımı.
• Sadıq Vəkilov- Zaqafqaziya Müəllimlər Seminariyasının (Qori) məzunu. Tanınmış rus dili pedaqoqu.
• Mədinə Qiyasbəyli (Vəkilova) – Azərbaycanın görkəmli maarif xadimi, qadın təhsilinin təşkilatçısı.
• Tahir İsayev "Serafino" – (1922-2001) İtaliyanın Milli Qəhrəmanı.
• Alı Mustafayev – (1952-1991) Azərbaycanın Milli Qəhrəmanı.
• Aqil Musayev – (1974-1994) Azərbaycanın Milli Qəhrəmanı.
• Mərifət Nəsibov – (1972-1992) Azərbaycanın Milli Qəhrəmanı.
• Şamoy Çobanov – (1965-1990) Azərbaycanın Milli Qəhrəmanı.
• Firudin Şamoyev – (1962-1992) Azərbaycanın Milli Qəhrəmanı.
• Bəxtiyar Allahverdiyev – (1909-1974) Sosialist Əməyi Qəhrəmanı.
• Cahandar Yaqubov – (1892-1967) Sosialist Əməyi Qəhrəmanı.
• Əsmər Məmmədova – (1910-1988) Sosialist Əməyi Qəhrəmanı.
• Hacımurad Murğuzov – (1910-1988) Sosialist Əməyi Qəhrəmanı.
• Alı Süleymanov (1880-1959) Sosialist Əməyi Qəhrəmanı.
• Murtuz Carçıyev – (1910-1985) Sosialist Əməyi Qəhrəmanı.
• Məcid Şərifzadə – (1908-1995) Sosialist Əməyi Qəhrəmanı.
• Məhəmməd Əliyev – (1910-1996) Sosialist Əməyi Qəhrəmanı.
• İmran Mirzəyev – (1910-1983) Sosialist Əməyi Qəhrəmanı.
• Firdovsi Umudov — sərbəst güləş üzrə gənclər arasında Avropa birinciliyinin, tələbələr arasında dünya çempionatlarının mükafatçısı, Dünya kubokunun qalibi, Azərbaycan Respublikasının idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının böyük məşqçisi, Polkovnik-leytenant. Aslanbəyli kəndindəndir.
• Ağamalı Sadiq- (1947-1995) Şair-Publisist. Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin Müavini, Azərbaycan Milli İstiqlal mübarizi, müasir Azərbaycan demokratik mətbuatının məşhur yaradıcılarından biri.

Facebook-da paylaş