• Təqvim

  • Maraq



Sərəncam imzalanmışdır

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov Qazax şəhərində Mərkəzi bazarın ətrafındakı Heydər Əliyev prospekti, Azadlıq, M.Carçıyev və M.V.Vidadi küçələrində vətəndaşların etdikləri müraciətlər əsasında müəyyən edilməmiş yerdə qanunsuz tikililərin sökülməsi, küçə ticarətinin qarşısının alınması və səliqə-sahman yaradılması məqsədilə işçi qrupunun yaradılması haqqında Sərəncam imzalamışdır.

9-21/77 nömrəli, 8 avqust 2016-cı il tarixli sərəncama əsasən idarə, müəssisə, təşkilat rəhbərlərindən, icra aparatının məsul işçilərindən ibarət işçi qrupu yaradılmışdır.

Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Fərman Nağdalıyev işçi qrupunun rəhbəri təyin edilmişdir. Sərəncama əsasən işçi qrupuna aşağıdakı tapşırıqlar verilmişdir:

2. Bazarətrafı ərazidə antisanitariya vəziyyətində qanunsuz fəaliyyət göstərən küçə ticarətinin qarşısının alınması məqsədilə təsirli tədbirlərin görülməsi komissiyaya tapşırılsın.

3. Qazax şəhərində Mərkəzi bazarın ətrafındakı Heydər Əliyev prospektində, Azadlıq, M.Carçıyev və M.V.Vidadi küçələrində avtomobil tıxaclarının qarşısının alınması, bazara gələn avtomobil və avtobuslar üçün bazarətrafı küçələrdə xüsusi dayanacaqlar müəyyənləşdirilməsi və qanunsuz tikililərin sökülməsi rayon Polis Şöbəsinə, rayon İcra Hakimiyyəti Başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, Qazax “Avtovağzal” ASC-yə və Qazax bələdiyyəsinə tapşırılsın.

4. Mərkəzi bazar daxilində qaz və elektrik xətlərinin yoxlanılıb qaydaya salınması, yanğın baş verən hallarda yanğınsöndürən maşınların sərbəst bazara daxil olması üçün müvafiq tədbirlərin görülməsi “Nazim” MMC-yə, rayon Qaz İstismar İdarəsinə, Paylayıcı Elektrik Şəbəkəsinə, Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, Qazax bələdiyyəsinə və Qazax rayon Dövlət Yanğın Nəzarəti Şöbəsinə tapşırılsın.

5. Bazarın daxilində və bazarətrafı ərazidə səliqə-səhman yaradılması, yığılmış tullantıların vaxtında götürülməsinin təmin edilməsi “Nazim” MMC-yə, Qazax bələdiyyəsinə, rayon İcra Hakimiyyəti başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Qazax Kommunal Müəssisələri Kombinatına tapşırılsın.

6. Bazarda satılan ərzaq məhsullarının, xüsusilə ət və süd məhsullarının müvafiq baytarlıq nəzarətindən və sanitar-gigiyenik yoxlamadan keçirilməsi rayon Gigiyena və Epidemiologiya Mərkəzinə və rayon Baytarlıq İdarəsinə tapşırılsın.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov sərəncamın icrasına nəzarəti öz üzərinə götürmüşdür.




Facebook-da paylaş