Ən uca zirvədir şəhidin adı
İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərməkdir.
Əbəs yerə deməyiblər ki, "Torpaq, əgər uğrunda ölən varsa Vətəndir”. Bəli, bu yolda minlərlə igid Azərbaycan oğulları öz canlarından keçərək şəhidlik zirvəsinə ucalıb.
Öz torpaqlarını qanları bahasına qoruyub.
Bu gün düşmənlə 168 km məsafədə yerləşən Qazax rayonu da torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında yüzlərlə şəhid verib. Neçə ana oğulsuz, neçə körpə atasız, neçə ev başsız qalıb. Neçə canlar fəda edilib Vətən uğrunda. Öz həyatlarını qurban verən şəhidlərimizə olan hörmət hissi ilk olaraq şəhidlər qəbiristanlığından, onların uyuduğu məkandan başlayır. Bəli, ilk üz tutacağımız məkan, ziyarət edəcəyimiz ünvan onların qəbirləri olur. Bu cür igid oğullarımıza, onların ruhuna ehtiram hissi ilə yanaşmaq isə hər birimizin vətəndaşlıq borcudur.
Son zamanlarda şəhidlər qəbiristanlığında yaranan vəziyyət heç də ürəkaçan deyildi. Göstərilən laqeyd münasibətdən, baxımsızlıq ucbatından qəbiristanlıqda xoşagəlməz hal yaranmışdı. Belə ki, əksər qəbirlərin baş daşları uçmuş, qəbirlərin aralarını isə alaq otları basmışdı. Qəbiristanlıqda şəhidlərimizə, onların adına yaraşmayan vəziyyət vardı. Bu isə şəhidlərimizin doğmalarını, ailə üzvlərini narahat edir, haqlı narazılığına səbəb olurdu. Övladlarına qarşı olan hörmətsizliyi qəbul edə bilmirdilər. Dəfələrlə bu məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etsələr də bir nəticə olmamışdı. Lakin Rəcəb Babaşov icra başçısı təyin olunduqdan sonra hər şey dəyişdi. Digər məsələlər kimi bu da öz həllini tapdı. Həm də tez bir zamanda.
Bəli, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhid ailələrinə xüsusi diqqət ayırdı, onların problemləri ilə yaxından maraqlandı. İlk növbədə şəhidlərin uyuduğu qəbiristanlığı ziyarət etdi, oranı abadlaşdırmaq üçün xüsusi tapşırıqlar verdi. Ən əsası isə R.Babaşov bu işi şəhid ailələri ona müraciət etmədən etdi.
Verilən tapşırıqlar nəticəsində dərhal abadlıq-bərpa işlərinə başlanıldı. Belə ki, qəbiristanlıq alaq otdan təmizləndi, yerə tamet plitələr düzüldü. Yararsız hala düşən sinə daşları bərpa edildi. Eyni zamanda yeni yaşıllıq salındı. Şəhidlərin xatirəsinə çəkilmiş bulaqda təmir-bərpa işləri aparıldı. Bir sözlə, qəbiristanlıqda şəhidlərin adına layiq məqsədyönlü işlər görüldü. Böyük əminlik hissi ilə deyə bilərik ki, bu, Rəcəb Babaşov tərəfindən şəhidlərimizə və şəhid ailələrinə göstərilən diqqət və qayğının ən bariz nümunəsidir.
Bu günlərdə aparılan bərpa işlərindən sonra İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ağsaqqaları, KİV nümayəndələri və şəhid ailələrinin iştirakı ilə şəhidlər qəbiristanlığı ziyarət olunmuşdur.
Qazax rayon İcra Hakimiyyətinin birinci müavini Fərman Nağdalıyev ziyarət mərasimində çıxış edərək qeyd etmişdir ki, şəhidlər heç vaxt unudulmayacaq. Onlar daim qəlblərdə yaşayacaq. Dövlətimizin sərhədləri və ərazi bütövlüyünü qoruyarkən canından, qanından keçən insanlar hər zaman hörmətə layiqdirlər. Bugünkü gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında şəhidlik məktəbinin böyük rolu var. Çünki onlar torpaqlarımız üçün canlarından keçib, şəhidlik zirvəsinə yüksəlmişlər. Hər kəsə şəhidlik zirvəsinə ucalmaq qismət olmur. Gələcəyimiz olan gənc nəsli bu ruhda tərbiyə etməliyik ki, torpağımıza, yurd-yuvamıza olan sevgi onların qanına, canına hopsun. Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Bu gün ölkəmizdə şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərilir. Şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin, Milli Qəhrəmanların, müharibə əlillərinin və veteranların sosial təminatının yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

Şəhid ailələrindən İdris və Rəxmayə Süleymanovlar, Svetlana Həsənova, Gülyanax Əliyeva, Xanımzər Abdalova, Zeynəb Əhmədova, Nazxanım Talaxadze və Fazilə Məmmədova qeyd etdilər ki, şəhidlərin uyuduğu qəbiristanlığın baxımsızlığı bizi həmişə narahat edirdi. Buradakı şərait şəhidlərimizə olan diqqətsizlikdən, laqeydlikdən xəbər verirdi. Biz həmişə buraya gələndə iki dəfə ağlayırdıq. Bir öz doğmalarımıza görə, bir də onların baxımsız qalan qəbirlərinə görə. Bu gün isə burada görülən işlər göz qabağındadır. İfadə etməkdə çətinlik çəkirik. Artıq biz rahatıq ki, şəhidlərimizin ruhu şaddır, qəbirlərində rahat uyuyurlar. Biz şəhid ailələri bütün bunlara görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin və sonsuz minnətdarlığımızı bildiririk.
Ziyarətə gələnlər ürək sözlərini söylədikdən sonra abadlıq-bərpa işləri ilə tanış oldular, qəbirlərə baş çəkdilər və şəhidlərin əziz xatirəsi yad olundu.

Nüşabə HÜSEYNOVA
Facebook-da paylaş